Ana səhifə / Siyasət / Təbriz Musayev: “Ermənistan bu minvalla separatçıların fəaliyyətini legitimləşdirmək istəyir”

Təbriz Musayev: “Ermənistan bu minvalla separatçıların fəaliyyətini legitimləşdirmək istəyir”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin İnsan Haqları Şurasının iclasında iştirak etmək üçün Cenevrədə işgüzar səfərdə olub. Səfər çərçivəsində A.Mirzoyan, hər zaman olduğu kimi, fürsətdən istifadə edərək Azərbaycanın ünvanına böhtan xarakterli tənqidlər səsləndirib.

A.Mirzoyan Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının iclası çərçivəsində bəyan edib ki, guya Azərbaycan beynəlxalq təşkilatların Qarabağdakı erməni qaçqınların problemlərinin həllinə mane olur. O, 44 günlük müharibəninin yaratdığı humanitar problemlərə və onların həlli istiqamətində atılan addımlara toxunub. Bu kontekstdə A.Mirzoyan Dağlıq Qarabağda əhalinin əsas hüquq və azadlıqlarının tam şəkildə həyata keçirilməsi üçün lazımi şəraitin təmin edilməsini və beynəlxalq yardımın göstərilməsini istəyib: “Beynəlxalq humanitar təşkilatlara, o cümlədən BMT strukturlarına Qarabağa maneəsiz çıxış təmin edilməlidir. Biz beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağın bütün ərazisinə qeyd-şərtsiz girişin təmin edilməsi üçün məsuliyyəti öz üzərinə götürməyə çağırırıq”.

BMT və digər beynəlxalq təşkilatların humanitar məsələlərlə bağlı fəaliyyətinə Azərbaycan nə zaman mane olub?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, bütün bunlar Ermənistanın diplomatik müstəvidə apardığı müharibənin davamıdır: “Məqsəd odur ki, bütün dünyaya Qarabağ məsələsinin həll olunmadığını təlqin etsinlər. Çox təəssüflər olsun ki, Rusiyanın apardığı siyasət də bu və ya digər dərəcədə ermənilərin xeyrinə işləyir. Bu günlərdə Rusiya prezidenti Vladimir Putin bir daha bəyan etdi ki, 10 noyabr razılaşmasından sonra 50 mindən çox erməni Qarabağa qayıdıb. Hər zaman olduğu kimi, Rusiya tərəfi rəqəmlər üzərindən manipulyasiya aparır. Bu da erməniləri daha da ruhlandırır və növbəti fitnəkar fəaliyyətə sövq edir. Hazırda Qarabağdakı ermənilərin ümumi sayı deyilən rəqəmdən qat-qat aşağıdır. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və beynəlxalq hüquq bunu təsbit edib. Belə olan halda hansı əsasla, BMT başda olmaqla, digər beynəlxalq təşkilatlar Azərbaycanın icazəsi olmadan Qarabağda humanitar fəaliyyətlə məşğul ola bilər? Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin müəyyən hissəsi separatçıların və rus sülhməramlılarının nəzarətindədir. Laçın dəlizi də Rusiya sülhməramlıların nəzarətində olduğu üçün istədiklərini edirlər. Qarabağda nə qədər erməni qaçqını var ki, beynəlxalq qurumlar bu səbəbdən orada xüsusi fəaliyyətlə məşğul olmalıdı? Ermənistan tərəfi bu kimi şou xarakterli təbliğatla separatçıların fəaliyyətini legitimləşdirmək istəyir. O üzdən, Azərbaycan diplomatik müstəvidə hücum taktikasını daha da gücləndirməlidir. İmkan vermək olmaz ki, Ermənistan diplomatik müstəvidə beynəlxalq ictimai rəyi çaşdırsın”.

İAT sədri onu da əlavə etdi ki, Vətən müharibəsində əldə etdiyimiz hərbi qələbə əsla bizi arxayın etməməlidir.

Həmçinin oxuyun

Rəşad Nəbiyevin yeni müavinlərinin cavabdeh olacağı sahələr müəyyənləşib

Rəqəmsal İnkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni təyin edilmiş müavinlər – Fərid Əhmədov və …