Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Cavaxetiyada kompakt yaşayan ermənilər bir gün Gürcüstanın başına bəla olacaqlar”

Təbriz Musayev: “Cavaxetiyada kompakt yaşayan ermənilər bir gün Gürcüstanın başına bəla olacaqlar”

Ermənilərin Gürcüstana yönəlik təhdidləri səngimək bilmir. Onlar son günlər bu ölkəyə yönəlik ərazi iddialarını tez-tez səsləndirməyə başlayıblar. Açıq formada Gürcüstanı təhdid edirlər.

Bu arada erməni mediası yazır ki, Gürcustan hakimiyyəti antierməni addımlar atmazdan öncə bir “Cavax”ı (Gürcüstan Respublikasının doqquz diyarından biri Cavaxetiya nəzərdə tutulur) yada salsınlar. Həyasızcasına bəyan edirlər ki, “qədim erməni torpağı” olan “Cavax”ın 99.9%-ni ermənilər təşkil edir: “Bu bizim torpaqlardır. Tiflis ağlını başına yığmasa, biz “Cavax”dakı erməniləri ayağa qaldıracağıq. Hazırda Gürcüstan Azərbaycana və Türkiyəyə sərf edən addımlar atır, Ermənistanın maraqlarını isə ümumiyyətlə nəzərə almır. Bu, gürcülərə baha başa gələ bilər”.

Məlumat üçün qeyd edək ki, ermənilərin “özününkü” saydığı Samtsxe-Cavaxetiya torpaqlarında qədimdən gürcü xalqının tərkib hissələrindən olan cavaxlar və mesxeti türkləri məskunlaşıb. Ermənilər bu ərazilərə 1829-cu ildə rusların dəstəyi ilə köçüblər. Britaniyalı siyasi xadim M.F.Praysın yazdığına əsasən, Cavaxetiyaya o vaxt 120 min erməni köçürülüb. Bu ərazilərə ikinci böyük erməni miqrasiya dalğası 1877-1878-ci illərdə baş tutub. Bu torpaqların əzəli sakinləri gürcülər və mesxeti türkləri isə 1944-cü ilə qədər Cavaxetiyadan deportasiya edilib. Görünən odur ki, azərbaycanlılar üçün tanış olan bir ssenari bu gün ermənilər tərəfindən gürcü xalqına yazılır. Bu isə çox təhlükəli bir tendensiyadan xəbər verir.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Cavaxetiyada kompakt yaşayan ermənilər bir gün Gürcüstanın başına bəla olacaqlar: “Sadəcə bu, zaman məsələsidir. Çünki ermənilər xəstə bir toplumdur. Harda məskunlaşırlarsa oranı özlərinki hesab edirlər. Ermənilər Cənubi Qafqaza, o cümlədən Gürcüstana XIX əsrin əvvəllərində köçürülsələr də, özlərini gəlmə xalq yox, buranın aborigen xalqı kimi təqdim edirlər. Ermənilərin Gürcüstana ərazi iddiaları yeni deyil. 1918-ci ildə tarixi Azərbaycan ərazilərində süni Ermənistan dövləti yaradıldı. Həmin ilin dekabrında Ermənistanla Gürcüstan arasında qısamüddətli müharibə oldu. Məhz indiki Cavaxetiyaya görə. Sonra Almaniyanın vasitəçiliyi ilə tərəflər arasında sülh əldə edildi. O vaxtdan ermənilərin ərazi iddiaları səngimək bilmir. Əslində isə ermənilərin “Cavax” adlandırdıqları bölgənin tarixi adı Axalkələkdir. Orada tarixən ermənilər yox, ahıska türkləri yaşayıb. Rusiyanın imperiya siyasəti ucbatından ahıska türkləri yaşadıqları bölgədən didərgin salınıblar. Ancaq ermənilər özlərinə xas olan həyasızlıqla ora iddia edirlər. Bu onların xislətinə xas olan xüsusiyətdir. Son vaxtlar ermənilərin belə fəallaşması Gürcüstanın Azərbaycan və Türkiyə ilə qurduğu yaxın münasibətlərlə bağlıdır. Bütün bunlar Ermənistanı narahat edir. Ona görə bu cür təxribatları artırıblar. Ermənistanın Gürcüstandan asılılığı olmasaydı, onlar açıq konfrontasiyaya gedərdilər”.

İAT sədri hesab edir ki, Cavaxetiya erməniləri Gürcüstan üçün potensial təhdid mənbəyidir.

Həmçinin oxuyun

Əli İnsanovun da partiyası QEYDİYYATA ALINDI – AÇIQLAMA

Azərbaycanda daha bir partiya – Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.Bununla bağlı partiyanın sədri …