Bazar ertəsi , May 27 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Bu o deməkdir ki, tarixən ermənilərin dövləti, dövlətçilik ənənələri olmayıb”

Təbriz Musayev: “Bu o deməkdir ki, tarixən ermənilərin dövləti, dövlətçilik ənənələri olmayıb”

“Belə çıxa bilər ki, erməni xalqının tarixi imperiya tarixidir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Demokratiya Məktəbi”nin 1-ci buraxılış məzunları üçün təhsil proqramının yekunu zamanı deyib.

Daha sonra Nikol bunları qeyd edib: “Biz deyirik: tarix, tarix, bizim tariximiz, erməni xalqının tarixi, lakin biz bu faktı qeydə almamışıq, müalicə etməmişik və ya heç olmasa deyilənlərə sual işarəsi qoymamışıq və bunu öyrənmək olarmı? Qoyulan və indi də süfrəmizin üstündə olan tarix öz mahiyyətinə görə ucqarlardan gələn insanlar üçün yazılmış imperiya tarixidir”. 

O qeyd edib ki, əgər onlar bu suallara əməl etsələr və cavab “xeyr, bu belə deyil” olarsa, bu, onların özünə inamını artıracaq çox mühüm nəticədir. 

Əslində Nikol bununla yarı açıq, yarı dolayı demək istəyir ki, ermənilərin tarixi miflər üzərində qurulub. Yəni miflərdən imtina etmək lazımdır.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, Paşinyanın bu dediklərində həqiqət payı var: “Bu, əslində bir sıra məsələlərlə bağlı mesajdır. Yəni bunun açması odur ki, tarixən ermənilərin dövləti, dövlətçilik ənənələri olmayıb. Olsaydı, bununla bağlı hansısa yazılı tarixi mənbə olardı. Mümkün deyil ki, hansısa tarixi mərhələ ilə bağlı mənbə olmasın. Ermənilər tarix boyu müxtəlif imperiyaların tərkibində olublar. İmperiyalar da onlardan öz məqsədləri üçün maşa kimi istifadə ediblər. Xüsusən də Bizans və Rusiya imperiyaları. Bu məsələdə də din amili çox istismar edilib. Guya xristian ermənilər ayrıseçkiliyə məruz qalıb və s. Sonralar elə oldu ki, ermənilər özləri barədə müxtəlif əsatirlər uydurmağa başladılar. Zaman keçdikcə bu uydurmaların əsirinə çevrildilər və dənizdən-dənizə “Böyük Ermənistan” xülyaları ilə yaşadılar. Halbuki, 1918-ci ilin mayında tarixi Azərbaycan ərazilərində, daha dəqiq desək, İrəvan xanlığı torpaqlarında süni Ermənistan dövləti yaradıldı. Ermənistan yaradılanda ərazisi 9 min kvadrat kilometr idi. Bolşeviklər Cənubi Qafqazı ilhaq edəndən sonra 20 min kvadrat kilometr Azərbaycan ərazisi qoparılaraq Ermənistana birləşdirildi. Sonrakı proseslər də bəlidir. Ermənistan SSRİ dağılandan sonra Qarabağ və ətraf rayonları işğal etdi. Azərbaycanın 30 ildən sonra işğala son qoyması saxta erməni miflərini də darmadağın etdi. Onlar elə bilirdilər ki, böyük dövlətlər gəlib Ermənistan üçün vuruşacaq. Ancaq məlum oldu ki, ermənilər böyük dövlətlərin əlində sadəcə bir alətdir. Məhz müharibədəki məğlubiyyətə görə Paşinyan onları başa salmağa çalışır. Necə deyərlər, tarixdən dərs çıxarmağa çağırır”.

Həmçinin oxuyun

Zelenski İlham Əliyevi Sülh Sammitinə dəvət etdi

Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: …