Cümə axşamı , May 23 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Beynəlxalq qarantiya olarsa, Qərbi Azərbaycandan olan yurddaşlarımızın əksəriyyəti geri qayıdacaq” 

Təbriz Musayev: “Beynəlxalq qarantiya olarsa, Qərbi Azərbaycandan olan yurddaşlarımızın əksəriyyəti geri qayıdacaq” 

Azərbaycan ilkin mərhələdə Ermənistanda 300 min azərbaycanlını (tarixi yurdlarından zorla qovulmuş) məskunlaşdırmağı planlaşdırır. Bu iddia ilə Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan çıxış edib.

A.Tatoyan bildirib ki, Ermənistanın yeni təhlükəsizlik strategiyasına ehtiyac var: “Rəsmi Bakının bəyanatlarına görə, birinci mərhələdə Ermənistanda 300 min azərbaycanlının məskunlaşması planlaşdırılır. Həmin azərbaycanlıların beynəlxalq missiyanın himayəsi altında və təhlükəsizlik təminatı şəraitində məskunlaşdırılmaları nəzərdə tutulur. Hazırkı vəziyyət təcili olaraq yeni təhlükəsizlik strategiyasının qəbulunu tələb edir”.

Görünən odur ki, bu günlərdə Rusiya XİN rəsmisi Mariya Zaxarovanın “qaçqın azərbaycanlıların Ermənistana qayıtması üçün hələ çox iş görmək lazımdır” fikri erməniləri qorxuya salıb. Həm də Türkiyənin timsalında beynəlxalq zəmanət altında Qərbi azərbaycanlıların ora qayıdacaqları ilə bağlı fikirlər. 

Maraqlıdır, azərbaycanlıların ora qayıdışına beynəlxalq təhlükəsizlik qarantiyası nə kimi formada təsəvvür olunur? 

Sözügedən məsələyə aydınlıq gətirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla, Qərbi Azərbaycan bizim tarixi dədə-baba yurdlarımızdır. Biz orada yaşayan aborigen xalq olmuşuq və bununla bağlı çoxsaylı faktlar var. Zamanla Rusiyanın impeiya siyasətinə uyğun olaraq XIX əsrdən soydaşlarımız mərhələli şəkildə oradan sıxışdırılıb. İrandan, Türkiyədən, Yaxın Şərqdən ora ermənilər köçürülüb. Ən nəhayət, 1988-ci ildə bütün azərbaycanlılar oradan deportasiya olunub. Tarixdə çoxsaylı misallar var ki, deportasiya olunan xalqların sonradan qayıdışına, yəni repatriasiyasına qərar verilib. Repatriasiya və ya vətənə qayıtma – əmlakın, simvolik əşyanın və ya şəxsin könüllü və ya məcburi şəkildə öz sahibinə, öz mənşəcə olduğu yerinə və ya vətəndaşlığı olduğu ölkəsinə qayıtması deməkdir. O cümlədən, xaricdən hərbi qulluqçuların, qaçqınların, miqrantların, sığınacaq axtaranların qayıdışı repatriasiya sayılır. İnsan repatriasiyası könüllü və məcburi olur. Beynəlxalq qarantiya olarsa, Qərbi Azərbaycandan olan yuddaşlarımızın əksəriyyəti geri qayıdacaq. Bu zaman Ermənistan beynəlxalq öhdəliklərə uyğun olaraq borcludur ki, onlara şərait yaratsın. Bunun mexanizmi odur ki, Ermənistan üzərinə konkret öhdəlik götürür. Məsələn, 1944-cü ildə SSRİ rəhbəri Stalinin qərarı ilə Ahıska türkləri Özbəkistana sürgün edildi. Yenə 1944-cü ilin mayında Krım tatarları Stalin tərəfindən Orta Asiyaya sürgin edildilər. İllər keçəndən sonra Krım tatarlarının repatriasiyası ilə bağlı Ukrayna üzərinə öhdəlik götürdü. O cümlədən, Gürcüstan da analoji öhdəlik götürdü. A.Tatoyan yaxşı bilir ki, azərbaycanlıların geri dönüşü təmin edilsə, Ermənistanda demoqrafik göstəricilər zamanla dəyişəcək. Çünki 1991-ci ildən sonra Ermənistan əhalisi artmır, əksinə azalır. Ermənilər arasında doğum aşağı olmaqla yanaşı, miqrasiya da güclüdür. O üzdən azərbaycanlıların geri dönəcəyindən bu qədər narahatdılar”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Görünən odur ki, İkinci Qarabağ müharibəsi ermənilərə güclü dərs olub”

Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamasından belə məlum olub ki, Ermənistanda fərarilik dayanmaq bilmir. Paşinyan …