Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Azərbaycan gücləndikcə öz tarixi torpaqlarına sahib çıxacaq”

Təbriz Musayev: “Azərbaycan gücləndikcə öz tarixi torpaqlarına sahib çıxacaq”

Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin müavini Konstantin Zatulin İrəvan-Moskva videokörpüsü zamanı növbəti alçaq fikirlərlə çıxış edib.

O, Bakıda keçirilən hərbi parada toxunaraq həqiqətə uyğun olmayan fikirlər səsləndirib: “Paradlar təhqirdir, yalnız Ermənistanı və erməni xalqını deyil, onunla müttəfiq olan Rusiyanı da alçaltmaq cəhdidir. Rusiya və Ermənistan müttəfiqdirlər. Buna görə də parad zamanı səslənən hər şey, xüsusən də Azərbaycan Prezidentinin Böyük Vətən müharibəsi ilə bağlı etdiyi çıxış, faşizmə qarşı mübarizə ilə Dağlıq Qarabağdakı əməliyyat arasında paralellər yaratmaq cəhdləri küfr, yalan və bütün qınağa layiqdir. Bakıda keçirilən hərbi keçid zamanı Əliyev İrəvan, Göyçə və Zəngəzuru “Azərbaycanın tarixi əraziləri” adlandırıb və Ərdoğan bu günün “Ənvər Paşa, Nuru Paşa və Qafqaz İslam Ordusu əsgərlərinin ruhlarının şad olduğu gün” olduğunu deyib. Bunu heç cür anlamıram”.

Görünən odur ki, Ermənistan diasporunun pulu ilə bəslənən Zatulin kimilər öz çirkin niyyətlərindən əl çəkmək fikrində deyillər. Bu isə o deməkdir ki, Azərbaycan-Türkiyə qardaşlığı nəinki Ermənistanda, eləcə də Rusiyanın bəzi dairələrində qısqanclıqla qarşılanır. Hər vasitə ilə bu birliyə qarşı qaralama kampanitası aparırlar.

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev dedi ki, Zatulin kimilər türk düşmənidirlər: “Rusiyada bəlli dairələr hər zaman Türkiyə-Azərbaycan yaxınlığından narahat olublar. Ümumən götürəndə, bu yeni deyil. Ancaq 44 günlük müharibədə Azərbaycanın əldə etdiyi qələbədən sözügedən qüvvələr çox məyus olublar. Ona görə ki, onlar Azərbaycanın qısa müddətdə belə bir möhtəşəm uğura nail olacağını gözləmirdilər. Rusiyadakı ermənipərəst dairələr Türkiyənin Cənubi Qafqaza daxil olmasını heç cür həzm edə bilmirlər. Keçirilən paradda Türkiyə prezidenti Ərdoğanın iştirakı, Prezident İlham Əliyevlə birlikdə verdiyi mesajlar müəyyən dairələrə güclü zərbə oldu. Onlar yaxşı başa düşür ki, Azərbaycan gücləndikcə öz tarixi torpaqlarına sahib çıxacaq. Söhbət ondan gedir ki, Rusiya imperiyasının siyasəti sayəsində İrəvan, Göyçə və Zəngəzur Azərbaycandan qoparılaraq qondarma Ermənistan yaradıldı. Ermənistan süni bir dövlət olduğuna görə onun gələcəyi yoxdur. Zatulin kimilər də bundan narahatdır və o üzdən bu qədər canfəşanlıq edirlər”.

İAT sədrinin fikrincə, Azərbaycan sözügedən məsələdə də qalib olacaq.

Həmçinin oxuyun

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri – Fotolar

25 yanvar Rusiyada Tələbə Günü kimi qeyd olunur. Moskvada təhsil alan ən məşhur azərbaycanlılardan biri …