Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / “Şuşanın niyə belə asanlıqla işğal olunması haqda suallar illər boyu içimizi göynətdi…”

“Şuşanın niyə belə asanlıqla işğal olunması haqda suallar illər boyu içimizi göynətdi…”

“Digər torpaqlarımızla yanaşı, Şuşanın da müzəffər ordumuz tərəfindən azad olunacağı günü çox səbirsizliklə gözləyirəm. İnşallah, o gün tez gələr…”
Bu sözləri Moderator.az əməkdaşının “Bütün xalqımız Şuşanın tezliklə azad edilməsi xəbərini gözləyir. Siz bu ərəfədə hansı duyğularla yaşayırsınız?”- sualını cavablandıran eks-spiker Yaqub Məmmədov söyləyib. “Ermənilər hər il mayın 9-da orada bayram edirdilər, indi tezliklə biz Şuşada bayram edəcəyik. Bu dəqiqə hər bir vətəndaş kimi mənim də fikrim-zikrim Şuşa uğrunda savaş aparan əsgərimizin yanındadır. Allah döyüşçülərimizi qorusun, onlara kömək olsun ki, tezliklə bayrağımızı Şuşada, Laçında dalğalandıraq” – fikirlərinin davamında Yaqub Məmmədov belə deyib.
“Şuşanın işğal altında qaldığı illər ərzində mənəvi sıxıntı keçirdinizmi?”- sualına isə sabiq dövlət başçısı belə cavab verib:
“Təbii ki, keçirmişik.  Əlbəttə, o boyda mədəniyyət mərkəzimiz, qədim şəhərimizin işğal olunması hamımızı hədsiz ağrıtdı. Şuşanın niyə belə asanlıqla işğal olunması haqda suallar  illər boyu içimizi  göynətdi.  Bu, bütün xalqımız kimi, şəxsən mənim üçün də böyük bir dərd olub… Sıxıntı da keçirirdim, əziyyət də çəkirdim ki, nəyə görə belə oldu. Daha o haqda ətraflı danışmağın yeri deyil… Hamısı oldu- keçdi… İndi əsas odur ki, Şuşada bayrağımız dalğalansın və fəxr edək ki, Şuşa bizimdir… İnşallah, Şuşanın azad olunması haqda o gözəl xəbər bu günlərdə gələr və onu bütün xalqımızla birgə təntənə ilə qeyd edərik…”

Həmçinin oxuyun

Pravoslav kafedral kilsəsinin keşişi: “Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil”

Torpaqlarımızın azad olunacağı günü çoxdan gözləyirdik. Çox xoşbəxtik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandana təşəkkür …