Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Şuşanı Qarabağın paytaxtı elan edirlər

Şuşanı Qarabağın paytaxtı elan edirlər

Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Dağlıq Qarabağın separatçı hakimiyyətinə Azərbaycan şəhəri Şuşanın statusunun qanunsuz dəyişdiriləcəyi təqdirdə beynəlxalq hüquq normalarını pozmuş olacağı və dünya ictimaiyyəti qarşısında məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edib.

Virtualaz.org xatırladır ki, erməni yönümlü Rusiya saytı “Regnum” Dağlıq Qarabağın separatçı hakimiyyətinin “DQR” parlamentinin Şuşaya köçürülməsi layihəsini müzakirə etdiyi və son nəticədə Xankəndi ilə birləşmə yoluyla “DQR”in paytaxtının Şuşaya köçürülə biləcəyi barədə məlumat yayıb.

Şəhərin statusunun istənilən dəyişikliyi Azərbaycan Konstitusiyasının və beynəlxalq hüququn birbaşa pozulmasıdır. Azərbaycan bu qanunsuzluğu tamamilə dayandırmaq hüququna malikdir. Şuşa – Dağlıq Qarabağın mərkəzidir və buna heç kimdə şübhə ola bilməz.

“İnzibati ərazi bölgüsünün və Azərbaycanda şəhərlərin statusunun hər hansı dəyişikliyi yalnız Prezident İlham Əliyevin səlahiyyətinə daxildir. Ona görə də, qoy ermənilər təxribatla məşğul olmağı qurtarsınlar və vəziyyəti daha da ağırlaşdırmasınlar”, – B.Səfərov qeyd edib.

Bununla birlikdə o, beynəlxalq strukturları ermənilərin təxribatlarına kar və kor olmamağa və öz qəti sözlərini deməyə çağırıb.

Azərbaycanın keçmiş baş prokuroru İlyas İsmayılov da Qarabağ separatçılarının hərəkətlərini cinayət adlandırıb.

“Bakıdakı mərkəzi hakimiyyətlə razılaşdırılmadan ölkənin şəhərlərinin və digər yaşayış məntəqələrinin statuslarının istənilən dəyişikliyi qanunvericiliyin kobud şəkildə pozulması deməkdir. Azərbaycanın bu qanunsuzluğu istənilən üsulla dayandırmaq hüququ var. Artıq Azərbaycan Ordusunun Qarabağ terrorçularının konstitusiya əleyhinə hərəkətlərinin qarşısını almasının və ərazilərimizi onlardan təmizləməyə başlamasının vaxtıdır. Buna Azərbaycanın hərtərəfli haqqı var, həm də ki, erməni millətçiləri başqa dil anlamırlar”, – sabiq baş prokuror vurğulayıb.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın