Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Siyasət / Şuşadakı Çətir şəlaləsində kef edən BİZ DEYİLİK – FOTO/VİDEO

Şuşadakı Çətir şəlaləsində kef edən BİZ DEYİLİK – FOTO/VİDEO

25 il öncə Azərbaycan oğullarının qanının axdığı Daşaltının daşları üstündə bu gün erməni axçiləri, dığaları atlanıb-düşür…

Qızmar yay günlərində Bakıda və aran rayonlarında məskunlaşmış didərgin soydaşlarımızın adam kimi kölgələnməyə bir yer, içməyə sərin su tapa bilmədiyi bir vaxtda işğal altındakı torpaqlarımızı zəbt etmiş  və xaricdən gəlmiş ermənilər, eləcə də əcnəbi turistlər o yerlərin ən gözəl, ən saf havalı, təmiz, bumbuz sulu guşələrində kef edir.
Moderator.az Rusiya mediasına istinadla bir neçə gün öncə Şuşanın Daşaltı dərəsində  çəkilmiş foto və video-kadrları təqdim edir. Görüntülərdən aydın olur ki, buradakı məşhur  Çətir şəlaləsinə alman turistlər də  gəlib çıxıb….
Xatırladaq ki,  Daşaltı dərəsində yerləşən Çətir şəlaləsi el arasında suyun yaratdığı nadir səsə görə “Şır-şır” şəlaləsi kimi də tanınır. Ermənilər bu təbiət möcüzəsinə “Mamrot Kar” və ya “Zontikner” deyirlər. Şəlalədən axan su Daşaltı çayına tökülür. Hal-hazırda işğalçı rejim Qarabağın belə görməli yerlərinə maksumum turizm cəlb etməyə çalışır…
P.S. 25 il  7 ay öncə öncə-1992-ci il yanvarın 26-da  100-ə yaxın Azərbaycan oğlunun  şəhid olması və itkin düşməsi ilə nəticələnmiş Daşaltı xəyanətinin və s. üstü açılmayınca ermənilər də bu daşların, bu suların üstündə kef edəcək…

Həmçinin oxuyun

İqbal Ağazadə: “Siyavuş Novruzov tələbələrlə bağlı bu fikri bilərəkdən səsləndirib”

“İqtidarda hamı ağıllı danışsaydı, pisi kimin ayağına yazardılar? Bəzi adamlar ona görə belə danışırlar ki, …

Bir cavab yazın