Bazar ertəsi , Mart 8 2021
Ana səhifə / Siyasət / “Şuşada təmir etdiyim evdə yaşaya bilmədim” – Erməni qadından Arayikə etiraz

“Şuşada təmir etdiyim evdə yaşaya bilmədim” – Erməni qadından Arayikə etiraz

Azərbaycanın tarixi şəhəri olan Şuşada vaxtilə qanunsuz məskunlaşdırılmış ermənilərdən biri separatçıların lideri Arayik Arutyunyana üsyan edib.

Erməni KİV-ləri həmin şəxsin müraciətini dərc edib.

Müraciətdə deyilir: “Araik Arutyunyan, mən Şuşada yaşayırdım. Oğullarımın tərxis olunmasından sonra borc götürdüm ki, evi təmir edib ailəmlə burada rahat yaşamağa davam edim. Bu illər ərzində Qarabağdan heç bir maddi dəstək və kömək də almamışdım. Evimizi ərim və oğlanlarımla birgə, öz zəhmətimizlə qurub yaratmışdıq. İndi isə İrəvanda ailəmlə qaçqın həyatı yaşayıram.

Araik Arutyunyan, müharibə olacağını bilirdinizsə, niyə bizə xəbərdarlıq etmirdiniz ki, evlərinizi təmir etməyin, belə evi düşmənə bağışlamayın?”.

Erməni qadın yanğılı şəkildə deyib ki, 1 noyabra kimi Şuşada qalıb tez-tez gizlənirmiş. Hər gün zirzəmiyə enib nənə-babasının, uşaqların başını qatırmış: “Hər gün internetdə fotolar paylaşırdım ki, Şuşa erməniləri ümidlərini üzməsinlər, hər şey yaxşı olacaq. Artıq 3 aydır İrəvanda yaşayış üçün mənzil problemimi həll edə və yeddi gündür ki, mənzilə görə 300 dollar borcu ödəyə bilmirəm. Daha övladlarımın belə şəraitdə yaşamasını istəmirəm. Ona görə də yaxın vaxtlarda Xankəndinə gələcəyəm. Hazır olun Arutyunyan. Çünki mən ailəmlə sizin evinizdə yaşamağa başlayacağam. Evi düşmənə siz verdiniz. Təmir etdiyim evimdə yaşaya bilmədim. Xankəndinə gələcəyəm və mənzil problemimi həll edənə kimi sizin evinizdə yaşayacağıq”.

Azvision.az

Həmçinin oxuyun

Sərdar Cəlaloğlu: “Köçəryanın cürəti varsa, gəlsin vuruşaq”

“Robert Köçəryan və onun kimilər özləri danışmır, onları danışdıran Rusiyadır. Köçəryan bizi müharibə ilə hədələmək …