Cümə , Dekabr 9 2022
Ana səhifə / Siyasət / Şuşa Bəyannaməsi qardaş ölkələrin müttəfiqliyini əbədiləşdirən sənəd…

Şuşa Bəyannaməsi qardaş ölkələrin müttəfiqliyini əbədiləşdirən sənəd…

Nərgiz Babayeva

YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu Silahlı Qüvvələrimizi dünyanın ən güclüləri sırasına qoşub. Ordumuzun gücü, qüdrəti özünü Aprel döyüşlərində, Naxçıvanın Günnüt kəndinin azad edilməsində, Tovuz əməliyyatında və ikinci Qarabağ döyüşlərində bir daha təsdiqlədi. Yenilməz ordumuzun 44 günlük uğurlu əks-hücum əməliyyatı ilə Vətən müharibəsi bizim böyük Zəfərimizlə bitdi. Bu müharibədə qardaş Türkiyənin Azərbaycanın haqq işinə verdiyi siyasi və mənəvi dəstək hər bir vətəndaşımızı qürurlandırır. Eyni zamanda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” də böyük əhəmiyyətə malikdir. Bu tarixi sənədin imzalanmasından bir il ötür.

2021-ci il 15 iyunda iki qardaş ölkənin liderlərinin Şuşada imzaladığı sənəd müttəfiqliyin daha da yüksəlməsidir. Ötən bir il ərzində Türkiyə-Azərbaycan qardaşlığı, müttəfiqliyi daha da inkişaf edib.

Biz bu yaxınlaşmanı Bakıda keçirilən möhtəşəm Texnofestlə bir daha gördük. Hər iki ölkənin “şahin”ləri Bakı səmasında qürurverici uçuşlar etdi, mənzərələr yaratdı. Cənab Ərdoğanın Bakıya gəlişi və festivalda iştirakı, Prezident İlham Əliyevlə birgə verdikləri açıqlamalar dünya ictimaiyyətinə bir siqnal idi. Bununla bir daha iki qardaşın bərabər olduğu nümayiş etdirildi. Ümumiyyətlə, Türkiyə və Azərbaycan arasında hərbi müttəfiqlik günbəgün yüksəlməkdədir. Bunu birgə təlimlər, Türkiyə müdafiə naziri Hulusi Akarın bəyanatları da təsdiqləyir.

Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında müttəfiqliyin yüksələcəyi gözlənilən idi. İmzalanmış tarixi sənəddə qeyd olunur ki, ölkələrdən birinin ərazi bütövlüyünə təhdid digərinə təhdid kimi qiymətləndiriləcək. Bu da bizi bir sıra təsirlərdən, regional və qlobal təhlükələrdən qoruyur, sığortalayır. Təbii ki, Ordumuz qüdrətlidir, güclüdür, bütün təhlükələri dəf etmək imkanına malikdir, lakin bizə qarşı olacaq hər hansı təhdid Şuşa bəyannaməsinə əsasən, bundan sonra həm də Türkiyəyə hədə sayılacaq və qardaş ölkənin müdaxiləsinə səlahiyyət verəcək. Bu, regionda Azərbaycana böyük dəstəkdir. Ona görə bir ili yaxınlaşan Şuşa bəyannaməsi həm də qardaşlıq əhdidir.  Şuşa Bəyannaməsi iki qardaşın gücünə güc qatan tarixi sazişdir. Burada müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, dərin erudisiyası, yüksək analiz qabiliyyəti və dünyadakı prosesləri diplomatik şəkildə qiymətləndirmə bacarağı xüsusi qeyd olunmalıdır. Ona görə Şuşa Bəyannaməsi yerində və zamanında imzalanan bir sənəddir. 

Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdi ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev dedi ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.

Həmçinin oxuyun

Almatı Deklorasiyasının Azərbaycan üçün hansı əhəmiyyəti var? – AÇIQLAMA

“Dövlət başçılarının Praqada baş tutan sonuncu Avropa görüşündə ilk dəfə olaraq 1991-ci il Almatı Deklorasiyası …