Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Siyasət / “Şuşa ətrafında atəş açmaqla Ərdoğanın səfərinin qarşısını almağa çalışırlar”

“Şuşa ətrafında atəş açmaqla Ərdoğanın səfərinin qarşısını almağa çalışırlar”

“Ermənistanla dövlət sərhəddinin Laçın və Kəlbəcər istiqamətində Azərbaycan postları atəşə tutulub. Həmçinin Şuşa ətrafında erməni silahlıları postlarla üzbəüz havaya atəş açıblar. Göründüyü kimi Ermənistan təxribatlara əl atır. Bu ayın 20-də qeyd etmişdim ki, N. Paşinyan sərhəddə vəziyyəti gərginləşdirəcək və silahlı təxribata əl atacaq”

Bu barədə politoloq Məhəmməd Əsədullazadə şərh verib.

Politoloq qeyd edib ki, göründüyü kimi Ermənistan tərəfi silaha əl atıb və bu prosesdə Rusiyada qızışdıran tərəfdir:

“Sərhəddə Ermənistan tərəfinin bu silahlı təxribatlarının cavabı qətiyyətlə verilməlidir. Bu silahlı təxribatlarda əsas plan.

Birinci, Rusiya Zəngəzur dəhlizinin açılması əvəzinə Azərbaycanı KTMT üzv qəbul etdirməyə çalışır. Dövlət sərhəddində Azərbaycanı provakasiyaya cəlb edirlər.

İkinci, N. Paşinyan həmçinin sərhəddə vəziyyəti gərginləşdirməklə daxili siyasi vəziyyəti tam nəzarətə almağa çalışır. Daxili auditoreyaya göstərmək istəyir ki, güzəştə getmək fikri yoxdur.

Üçüncü, Şuşa ətrafında atəş açmaqla Türkiyə prezidenti R.T.Ərdoğanın Şuşaya səfərinin qarşısını almağa çalışırlar.

Bu prosesdə Rusiya da maraqlıdır. Göründüyü kimi, Qarabağda Rusiya sülhməramlı qüvvələri erməni silahlılarından Azərbaycana qarşı istifadə edir”.

“Azərbaycan artıq 10 noyabr birgə Bəyannaməsinin “4-cü” bəndinin yerinə yetirilməsini tələb etməlidir. Qarabağda Şuşa ətrafında silahlı erməni birləşmələri bu gün havaya atəş açırsa, sabah Azərbaycan əsgərinə, mülki vətəndaşına atəş açacaq. Rusiya sülhməramlı qüvvələri də seyrçi qalacaq. Həmçinin bununla azərbaycanlıların Xankəndi, Xocalı, Ağdərə və Xocavəndə qayıtması mümkün olmayacaq. Nə qədər ki, erməni silahlı birləşmələri Qarabağdan çıxmayıb, Şuşada və ətrafında təhlükəsizlik təhdid olaraq qalacaq. Ona görə də Azərbaycan anti-terror və silahlı separatizmə qarşı hərbi əməliyyatlara başlamalıdır. Vəziyyət gərginləşir və Azərbaycan Laçın Dəhlizində post qoyması labüddür. Rusiya sülhməramlı qüvvələri vəziyyəti gərginləşdirməyə və Azərbaycana qarşı təxribatlara rəvac verir”, – deyə M.Əsədullazadə qeyd edib.

Həmçinin oxuyun

“Bu insanın sivil dünya ilə heç bir əlaqəsi yoxdur”

“Prezident Baydenlə Putinin heç bir əhəmiyyət kəsb etməyən görüşü başa çatdı”. Bunu Azərbaycan parlamentinin eks …