Cümə , Noyabr 27 2020
Ana səhifə / Siyasət / Sürücülük vəsiqəsi yoxdur,qulağında isə “nauşnik” – VİDEO

Sürücülük vəsiqəsi yoxdur,qulağında isə “nauşnik” – VİDEO

Azərbaycanda sürücülük hüququ olmadan sükan arxasına əyləşən, yollarda təhlükəli hərəkətlər edənlər təkcə avtomobil sürücüləri deyil.

Onların arasında motosiklet sürücüləri də var. Avtosfer.az saytının əməkdaşı Yasamal rayonu Əsəd Əhmədov küçəsində öz avtomobili ilə geriyə dönən zaman yolun kənarında dayanan motosikletlə trayektoriyası kəsişib. Qulağına qulaqcıq taxib güzgüyə baxmadan arxaya hərəkət etməyə başlayan 02-A-032 qeydiyyat nişanlı motosikletin sürücüsü az qala bizim əməkdaşımızın avtomobilinə dəyəcəkdi. Əməkdaşımız qəzanın qarşısını almaq məqsədiylə həm avtomobili arxaya verib, həm də səs siqnalından istifadə edərək sürücünün diqqətini cəlb edib.

Motosikletin sürücüsü başındakı dəbilqəni çıxardıqdan sonra məlum olub ki, onun həm yaşı azdır, həm də sürücülük vəsiqəsi yoxdur. Əməkdaşımız irad bildirdikdən sonra motosikletin sürücüsü buna əhəmiyyət verməyərək öz yoluna davam edib.

Həmçinin oxuyun

Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senatorlar səslərini …

Bir cavab yazın