Respublika Baş Dövlət Yol Polis İdarəsinin İctimai Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, uşaqlar üçün oturacağın quraşdırılması minik avtomobillərinin qabaq oturacaqları üçün mütləq şəkildə nəzərdə tutulur. Minik avtomobilində uşaqlar üçün xüsusi oturacaq olmazsa, 12 yaşa kimi olan uşaqların daşınmasına görə inzibati məsuliyyət var. Sürücü ona görə 3 bal və 60 manat cərimə olunur”.

“Amma arxa oturacaqda uşaqların xüsusi oturacaqlarda daşınmaması üçün xüsusi cərimə tətbiq edilə bilməz. Bu qayda qanunvericilikdə mövcud deyil, sadəcə tövsiyə xarakteri daşıyır ki, kimsə öz uşağının təhlükəsizliyini təmin etmək istəyirsə, arxa oturacaqda da uşaqlar üçün xüsusi oturacaqlar quraşdırsınlar. Təkrar edirəm, arxa oturacaqda uşaqlar üçün xüsusi oturacaqların quraşdırılmaması ilə bağlı heç bir cəza nəzərdə tutulmur və bununla bağlı sürücü məsuliyyətə cəlb edilə bilməz” — K. Əliyev vurğulayıb. (Sputnik)