Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Sürücülərə ŞAD xəbər: Zolağa girənlərin cəriməsi ləğv edilə bilər

Sürücülərə ŞAD xəbər: Zolağa girənlərin cəriməsi ləğv edilə bilər

Millət vəkili Fazil Mustafa: «Ümid edirəm ki, Daxili İşlər Nazirliyi bu məsələyə anlayışla yanaşacaq və sürücülərə qarşı xoşməramlı bir addım atılacaq»
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa I Avropa Oyunlarının başa çatması münasibətilə təklif irəli sürüb. F.Mustafa Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycanın möhtəşəm bir yarışa ev sahibliyi etməsi, üstəlik idmançılarımızın bu oyunlarda qürurverici çıxışı hamımızın ürəyindən oldu: “Bu oyunların təşkilində, ölkənin yaxşı imicinin formalaşmasında müxtəlif təbəqələrdən olan çox sayda vətəndaşlarımızın xidməti oldu. Bu vətəndaşların içində, məncə, peşəsindən asılı olmayaraq avtomobil idarə edən sürücülər və yollarda gecə-gündüz ən sərt istidə belə öz vəzifə borcunu yerinə yetirən polislər xüsusi olaraq qeyd edilməlidir. Şəhərə giriş-çıxışın məhdudlaşdırılması, qadağanedici zolaqların tətbiqi ən çox sürücülər üçün narahatlıq yaradırdı. Ancaq sürücülərin əksəriyyəti əslində böyük fədakarlıq göstərdilər, qaydalara əməl edərək yarışlarda daşınmaların normal tənzimlənməsinə yardım etdilər”.
F.Mustafa qeyd edib ki, bir neçə gündən sonra Polis Günü qeyd olunacaq və yəqin ki, oyunlar zamanı vəzifə borcunu yaxşı yerinə yetirmiş polislərin zəhməti lazımi səviyyədə qiymətləndiriləcək: “Düşünürəm ki, Avropa Oyunlarında uğurlarımızı və sürücülərin əksəriyyətinin intizamlı davranışını nəzərə alaraq, oyunlar ərəfəsində və oyunlar zamanı qadağanedici zolaqlarda hərəkətə görə inzibati məsuliyyət çərçivəsində sürücülərə qarşı başladılan bütün inzibati icraat işləri dayandırılsın və anlaşılan dillə desək, bütün sürücülərin Avropa Oyunları ilə əlaqəli yol hərəkətində tətbiq edilən qaydaları pozmağa görə ödəməli olduğu cərimələr ləğv edilsin. Ümid edirəm ki, Daxili İşlər Nazirliyi bu məsələyə anlayışla yanaşacaq və sürücülərə qarşı xoşməramlı bir addım atılacaq”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın