Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Sürücü dostlar, heç vaxt belə etməyin – Ekspertdən çağırış

Sürücü dostlar, heç vaxt belə etməyin – Ekspertdən çağırış

Yolda irəlilədiyiniz zolaqda maneə varsa, sürəti azalt, lazımdırsa, dayan. Zolaq dəyişmək isə məcburi deyil.

Axar.az xəbər verir ki, bu fikirlərlə “Digesta” hüquq firmasının vəkili, ekspert Ərşad Hüseynov çıxış edib.

Avtomobil yollarında baş verən qəzaların əsas səbəbi barədə danışan ekspert qeyd edib ki, hərəkət zamanı yolda sürücünün zolaq dəyişməsi özünün də günahkar olacağı faciəyə səbəb ola bilər:

“Cinayət xarakterli yol-nəqliyyat hadisəsinin (2 nəfər ağır xəsarət alıb) videosuna baxırdıq. Sürücülərimizin tipik elementar səhvi görünür. Sağda, yoldan kənarda dayanan avtomobil yola çıxır, qaydanı pozur və arxasından gələni buraxmır. Arxadan gələn isə rahat əyləclənmə ilə həmin mədəniyyətsizi buraxa bilərdi. Amma buraxmır və əksər sürüclərimiz kimi əyləci unudaraq sükanı fırladır. Nəticədə sol zolağa keçir, həmin zolaqda isə başqa biri bundan da sürətlə gəlir və arxadan çırpılır.

Beləcə sürücü xırda bir səhv ucbatından təqsirkara çevrilir. Hansı ki, hətta əyləci basmayıb getdiyi zolaqda qalsaydı, uzağı xırda bir hadisədə zərərçəkən ola bilərdi”.

Ekspertin sözlərinə görə, sürücülər belə hallarda daha diqqətli olsa, təqsirkar duruma düşməz:

“Sürücü dostlar, heç vaxt belə etməyin. Qaydalar belə halda sürücüdən bircə şeyi imperativ tələb edir: maneə varsa, sürəti azalt, lazımdırsa, dayan. Zolaq dəyişmək isə həm məcburi deyil, həm də belə diqqətsizliklə edildikdə faciəyə gətirir”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın