Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Siyasət / “Surət Hüseynov xalqımızın ləyaqətli oğlu idi” – Nemət Pənahlı

“Surət Hüseynov xalqımızın ləyaqətli oğlu idi” – Nemət Pənahlı

Sabiq baş nazir, yaddaşlarda daha çox “qiyamçı polkovnik” kimi qalmış Surət Hüseynovun vəfat etməsi haqda məlumat təsdiqini tapıb.

S. Hüseynovun vəfatına sosial şəbəkələrin Azərbaycan seqmenti birmənalı münasibət ifadə etmir. Çoxluqdan fərqli mövqe nümayiş etdirənlərdən biri isə “azadlıq aşiqi”, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı olub.

N. Pənahlı yazıb: “Allah rəhmət eləsin, qəbri nurla dolsun, məkanı cənnət olsun! Xalqımızın ləyaqətli, dəyərli bir oğlunu da itirdik. İndicə İstanbuldan məlumat aldım ki, Surət Hüseynov rəhmətə gedib. Ailə üzvlərinə, doğma və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Başın sağ olsun, Vətən!”.

Həmçinin oxuyun

“Azərbaycan Səudiyyə Ərəbistanı ilə münasibətlərə xüsusi əhəmiyyət verir”

“Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, İslam həmrəyliyi kimi möhkəm təməllər üzərində qurulmuş, …