Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Sumqayıtda yol polisi ağır qəza törətdi: özü və iki qadın öldü

Sumqayıtda yol polisi ağır qəza törətdi: özü və iki qadın öldü

Yüksək sürətlə hərəkət edən minik avtomobili arxadan avtobusa çırpılıb
Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, dünən axşam saat 10 radələrində Sumqayıt şəhərinin girişində – Gömrük İdarəsinin yaxınlığında «Hyundai Azera» markalı avtomobil 3 nömrəli marşrut avtobusu ilə toqquşub. Yüksək sürətlə hərəkət edən minik avtomobili arxadan avtobusa çırpılaraq yararsız hala düşüb. Avtomobildə olan 4 nəfərdən 3-ü hadisə yerində keçinib.
Məlumatda bildirilir ki, qəzanı törədən sürücü yol polisi əməkdaşıdır. Polis baş serjantı Ramin Tahirov Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsində işləyirmiş. Qəza baş verən zaman onun avtomobilində dostu və iki qadın da olub. Ramin Tahirovla yanaşı həmin qadınlar da qəza zamanı həlak olub. Dostu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qadınlardan biri ön oturacaqda olub və qəza zamanı başı qopub.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın