Bazar ertəsi , Oktyabr 22 2018
Ana səhifə / Siyasət / Sumqayıtda silahlı insident – Ölən var

Sumqayıtda silahlı insident – Ölən var

Sumqayıt şəhərində ölümlə nəticələnən silahlı insidet baş verib.
Şəhər ərazisində təqribən 40-45 yaşlı kişi açılan atəş nəticəsində dünyasını dəyişib. Qətli törədən şəxs hadisə yerindən qaçmağa müvəffəq olub. Əraziyə polis əməkdaşları cəlb olunub.

Meyit müayinə olunması üçün Sumqayıt şəhər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinə təhvil verilib. Ölən şəxsin kimliyi hələ ki, məlum deyil.

Hadisəni törədən şəxsin yerinin müəyyən edilməsi və onun məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (Report)

Həmçinin oxuyun

Gürcüstan azərbaycanlıları üçün seçki bülletenləri azərbaycanca çap ediləcək

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçiriləcək prezident seçkiləri üçün seçki bülletenlərinin çapına başlayıb. …