Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Sumqayıt Təhsil şöbəsində yeni müdir təyinatı

Sumqayıt Təhsil şöbəsində yeni müdir təyinatı

Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir təyin olunub. Belə ki, Ruhiyyə İsabala qızı Tağıyeva şəhər təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Bu təyinata qədər R. Tağıyeva Sumqayıt şəhər 24 saylı orta məktəbin direktoru vəzifəsində çalışıb. Əvvəllər isə 15 saylı məktəbdə direktor müavini olub.
Yeni təyinatla bağlı bu gün Sumqayıt şəhər Təhsil şöbəsində məktəb direktorlarının və bağça müdirlərinin iştirakı ilə təqdimat keçirilib. Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini Teymur Səmədov yeni müdiri pedaqoji kollektivə təqdim edib və gələcək fəaliyyətində uiğurlar arzulayıb.
Xatırladaq ki, bir müddət öncə Təhsil şöbəsinin müdiri olmuş T.Səmədov İcra başçısının müavini təyin olunduğundan bu vəzifə boş qalmışdı.
Məlumat üçün bildirək ki, Sumqayıt təhsilinə Ofelya Babayevadan sonra ilk dəfədir ki, xanım müdir təyin olunur.
Belə ki, son 20 ildə ilk dəfə olaraq Sumqayıt təhsilinə xanım müdir rəhbərlik edəcək.
mia.az

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın