Ana səhifə / Siyasət / Sumqayıt sakinləri yeni fasadlanan binalardan narazıdırlar – ŞİKAYƏT (FOTOLAR)

Sumqayıt sakinləri yeni fasadlanan binalardan narazıdırlar – ŞİKAYƏT (FOTOLAR)

Sumqayıt şəhər 36-cı məhəllə “Bakı” küçəsinin sakinləri Azinforum.az-a  şikayət məktubu ünvanlayıb.
Məktubu olduğu kimi diqqətinizə çatdırırıq.

Görəsən, daha neçə bina yanmalı və insan ölməlidir ki, bizim məmurlar insan həyatının mahiyyətini və dəyərini anlasınlar?!

Həqiqətən olduqca dəhşətli bir hal ilə üz-üzəyik. Ailəmizi dolandırmaq üçün uşaqlarımızı və yaşlılarımızı evdə qoyaraq iş dalınca gedirik. Evlərimiz isə evdəki əzizlərimiz ilə birlikdə təhlükədədir.

Bu gün bu olayların həqiqi günahkarları və səbəbkarları günahkar “fokus”undan kənarda qalıblar. Həbs olunanlar isə bu işin sadəcə aşağı ranqlı icraçılarıdır. Bu layihələri təklif edən, hazırlayan və nəhayət bu layihələri təsdiqləyən aidiyyəti qurumlar var. Onlar xalq qarşısında hesabat verməlidirlər.

Bu barədə dəfələrlə yazılıb və sosial şəbəkələrdə müzakirələr aparılıb. Lakin biz bu məsələni lazımı səviyyədə işıqlandıra bilməmişik və bir birimizə dəstək olmamışıq.

Sumqayıtda 36-cı məhəllənin Sülh küçəsində və Bakı küçəsində şəhərə gələn qonaqlar və ölkə başçısına gözəl görsənsin deyə üzlüklənən binalar insanlar üçün tək yanğın təklükəsi deyil. Fasadlanan binaların yalnız şəhərə gələn qonaqlar üçün görsənən hissələri fasadlanır. Həm də yaşayış üçün sağlamlığımızın təhlükəsidir.

Təsəvvür edin ki, binanı elə layihələndirdilər ki, binanın 1-ci mərtəbəsində olanlar mənzillərini sataraq köçmək məcburiyyətində qaldılar. Binanın 2-ci mərtəbəsində mətbəxdə hazırlanan yeməyin qoxusu bina ilə üzlük arasında məsafə olduğundan bütün mənzillərə yayılır. Vətəndaşların 120 sm-lik eyvanları sökülərək eni 40 sm-dək kiçildilir və eyvanların hündürlüyü isə azyaşlı uşaqlar üçün potensial təhlükədir. Sumqayıtda sözügedən binaların birində gözəl görsənsin deyə illər ilə mövcud olan mozaikanı sadəcə pəncərələr ilə əvəz etdilər.

Ən acınacaqlısı isə odur ki, bu nöqsanlar və narahatçılıqlar barədə şəhər rəhbərliyinə və digər müvafiq orqanlara ünvanlanan vətəndaş şikayətləri baxımsız olaraq qalır.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın