Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / Sumqayıt İcra Hakimiyyətinin yeni marşurutlardakı vəziyyətdən xəbəri varmı? – VİDEO

Sumqayıt İcra Hakimiyyətinin yeni marşurutlardakı vəziyyətdən xəbəri varmı? – VİDEO

Bir müddət əvvəl Sumqayıta yeni, müasir iritutumlu avobuslar gətirildi. Hər kəs ümidləndi ki, nəhayət Bakıda “Baku Bus” avtobusları kimi bizimkilər də nümunəvi olması ilə seçiləcək.
İnsafən, istilər düşməyənə qədər hər şey qaydasında gedirdi. Lakin yayın qızmarında avtobusların bir qismində kondisionerlərin işləməməsi sakinlərin ciddi narazılığına səbəb oldu. Nəticə belə aydın oldu ki, şəhər İcra Hakimiyyəti nəzdində yaradılan Sumqayıt Nəqliyyat MMC bu işlərə normal nəzarət edə bilmir. Yeri gəlmişkən, buna qədər olan müraciətlərimizdə də “Sumqayıt Nəqliyyat” MMC-nin direktoruXannı Rüstəmovlaəlaqə yaratmağa çalışsaq da bu istəyimiz baş tutmayıb. Hələ də Xannı müəllimlə danışıb suallarımıza cavab almaq imkanına nail ola bilməmişik.
Xeberle.com-a daxil olan şikayətlərdən sonra yeni avtobuslarda kondisionerlərin işləyib-işləməməsini dəqiqləşdirmək istədik və ictimai nəqliyyatda kiçik reyd keçirdik. Videosorğudan da məlum olur ki, sürücülərin bir qismi kondisonerlərin işləmədiyini, digərləri isə sərnişinlərin aynaları açıq qoymasını səbəb gətirir. Lakin başqa bir səbəbə görə onlar yanacağa qənaət etmək məqsədi ilə sakinləri bu isti günlərdə avtobusların içində diskomfort yaradırlar. Hər halda, reydin nəticəsini videoya baxaraq öyrənə bilərsiniz.
Ümid edirik ki, aidiyyəti qurumlar problemin həlli yollarını tapıb, aradan qaldıracaq. Hər halda düşünürük ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən nəqliyyatımızın inkişafı naminə gətirilən avtobuslar elə şəhərin adına layiq olmalı və sumqayıtlılara da tam gücü ilə – keyfiyyətlə xidmət eləməlidir. Bu işə ayrı ayrı şəxslərin kölgə salmağa isə haqları yoxdur. Qeyd edək ki, bir müddət öncə 2 saylı marşrut avtobuslarının yolunu dəyişməsi də sakinlər tərəfindən narazılıqla qarşılanmışdı.

Həmçinin oxuyun

NATO-da Qarabağ müzakirə edildi: “Erməni qoşunları Qarabağdan çıxmalıdır”

“Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir”. Bu fikirləri Latviyanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin …

Bir cavab yazın