Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Sultan bəyin məzarı abadlaşdırılır – Fotolar

Sultan bəyin məzarı abadlaşdırılır – Fotolar

1917-18-ci illərdə Zəngəzur qəzasının Laçın bölgəsində erməni silahlı qüvvələrinə ən ağır zərbəni vurmuş xalq qəhrəmanı, adı dillər əzbəri olan Laçınlı Sultan bəyin Türkiyənin Qars vilayətinin Koçköyü kəndindəki məzarının abadlaşması üçün addımlar atılır.

Avropa.info xəbər verir ki, Sultan bəyin həmyerliləri İbrahim Mirzəyev və Aqil Səfərəliyev sentyabrın ortalarında həmin kənddə olub, qayıdanbaş səfər təəssüratlarını zengezur.com saytına bildirərək deyiblər ki, Türkiyəyə Laçın rayonundan Milli Məclisə üzv seçilmiş Mahir Abbaszadənin təşəbbüsü və maliyyə köməkliyi ilə gediblər. Sultan bəyin məzarının yerini dəqiqləşdirib, qəbristanlıqdan çox sayda fotoşəkillər çəkiblər. Qarsda olarkən onlar Sultan bəyin məzarının üstünün götürülməsi ilə bağlı kənd aydınlarının da fikirlərini, məsləhətlərini öyrəniblər. Ötən əsrin əvvəllərində rus bolşeviklərinin və erməni daşnaklarının terror və təqiblərindən qurtulmaq üçün Zəngəzurdan baş götürüb Anadolu torpaqlarına üz tutan, Osmanlı sultanının şəxsən ayırdığı torpaqlarda Koçköyü kəndini salan yaşlı laçınlılar bu məzarın həqiqətən də Sultan bəyə məxsus olduğunu, onilliklər boyu erməni təxribatlarından ehtiyatlanaraq məzarın üstündə qəsdən nişanə qoymadıqlarını bildiriblər.

Qeyd edək ki, Sultan bəyin məzarının abadlaşması vədini millət vəkili seçkiqabağı seçicilərlə görüşlərində də bir neçə dəfə dilə gətirmişdi.

Xatırladaq ki, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi 2011-ci ildə Sultan bəyin anadan olmasının 130 illiyi münasibəti ilə ən yaxşı kitabın hazırlanıb nəşr edilməsi üçün müsabiqə elan etmişdi (http://zengezur.com/index.php/4-xbrlr/xbrlr/32-zngzur-cmiyytlri-birliyi-2011-ci-ili-sultan-by-nuru-paa-l-elan-etdi). Professor, yazıçı-publisist Ziyadxan Nəbibəylinin “Sultan bəy və Xosrov bəy qardaşları” adlı kitabı nəfis tərtibatla, 200-dək rəngli fotoşəkillə, o cümlədən qəhrəmanın məzarının fotoları ilə nəşr olunmuşdu (“Nurlar” nəşriyyatı 2011, 224 səhifə). Sultan bəy və Xosrov bəyin həyat yoluna, erməni silahlı quldur dəstələrinə qarşı mübarizəsinə həsr olunmuş bu kitab da M.Abbaszadənin vəsaiti və şair qardaşı Zahir Abbasın ön sözü ilə nəşr edilmişdi.

Sultanov qardaşlarının ömür, savaş yolu barədə məlumat burada:http://zengezur.com/index.php/4-xbrlr/xbrlr/6-mqallr

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın