Cümə , Aprel 23 2021
Ana səhifə / Siyasət / Sülhməramlılarla bağlı AÇIQLAMA

Sülhməramlılarla bağlı AÇIQLAMA

Qarabağda yerləşən sülhməramlıların tərkibinə Azərbaycan nəzarət etməlidir. Çünki bilavasitə bəyanatda nəzədə tutulan say var. O sayı keçilərsə, o zaman Azərbaycan avtomatik olaraq Türk qüvvələrinin sayının bölgədə artırılmasına nail olmalıdır. Türkiyədən gələn qüvvələr rus sülhməramlılarının sayı ilə eynilik təşkil etməlidir.

Bunu Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.

Onun fikrincə, Qarabağda fövqaladə hallar və başqa qurumlar çalışmağa başlayırsa, eyni sayda Azərbaycan da bu mexanizmi Türkiyə üzərindən genişləndirməlidir:

“Çünki bəyanatın qəbul olunmasında Türkiyənin mühüm rolu var. Ona görə də Türkiyədən gələn qüvvələr bölgədə aktiv rol almalıdır. Hansısa bir şəkildə bu istiqamətdə Azərbaycanı narahat edən amil varsa, ona qarşılıq müəyyən addımlar atılmalıdır. Azərbaycanla razılaşdırılmadan hər hansı bir kontingentin sayının artırılması yolverilməzdir. Orada olan istənilən planlaşdırma barədə Azərbaycan məlumatlandırılmalıdır. Əks halda belə bir məlumatlandırma olmasa, Azərbaycanın özünün suveren hüquqlarından istifadə edərək müəyyən qabaqlayıcı addımlar atmağa haqqı olacaq. Orada olan proselərlə bağlı geniş məlumat yoxdur. Ona görə də olacaq bütün surprizlərə hazırlıqlı olmalıyıq”.

Partiya sədrinə görə, əvvəlki dövrlərdə separatçı rejimə müəyyən dəstək verilib:

“Bu gün isə status dəyişib. Sülhməramlı funksiyaya uyğun fəaliyyət olmalıdır. Əgər bundan kənara çıxılacaqsa, Azərbaycana buna reaksiya verməlidir. Bütövlükdə orada atılan bütün addımların Azərbaycanla koordinasiya edilməsi vacibdir. Bu olunmasa, Azərbaycan sülhməramlıların bölgədə yerləşməsinə qarşı qəti mövqeyini ortaya qoymalıdır. Çünki missiyadan kənara çıxmaq qətiyyən yolverilməzdir”.

Həmçinin oxuyun

Səfirlik deputatın “Koreyada açıq-saçıq geyinən qadınlar 45 dollar cərimə edilirlər” iddiasına cavab verdi

Koreya Respublikasının Azərbaycandakı səfirliyi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının …