Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Siyasət / Sülhməramlıların Xankəndidən çıxartdığı məşhur kriminal avtoritetlər kimdir? – Təfərrüat

Sülhməramlıların Xankəndidən çıxartdığı məşhur kriminal avtoritetlər kimdir? – Təfərrüat

Təxminən bir həftə əvvəl Rusiya sülhməramlıları Xankəndidə olan “Noratusun” ləqəbli Ara və Alik Banduryan qardaşlarını və bir neçə başqa şəxsi Xankəndidən çıxararaq Ermənistana aparıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, kriminal avtoritetlər Laçın dəhlizinin bağlanmasından qısa müddət əvvəl Xankəndinə gediblər. Yol bağlandıqdan sonra Ermənistana qayıda bilməyiblər. Yalnız bir həftə əvvəl Rusiya sülhməramlılarının avtomobili ilə Xankəndidən çıxarılıblar.
Ermənistan mətbuatı yazır ki, Banduryan qardaşları ilə birgə Xankəndidən çıxarılan “Tarzan” ləqəbli şəxs Ermənistana gəldikdən sonra Kotayk vilayətinin Çarensavan rayonu ərazisində yanacaqdoldurma məntəqəsinə basqın edib və daha sonra İrəvandan gələn xüsusi təyinatlı polislər tərəfindən həbs olunub.
Məlumat üçün bildirək ki, Banduryan qardaşları keçmiş post-sovet ölkələri arasında tanınmış kriminal avtoritetlərdən hesab olunurlar. 2013-cü ildə qətlə yetirilən “Ded Xasan” ləqəbli məşhur kriminal avtoritet  Aslan Usoyanın qruplaşmasına daxil olan Banduryan qardaşları dəfələrlə müxtəlif cinayətlərdə ittiham olunublar. Ara və Alik Banduryan qardaşlarının Ermənistanda siyasətçilərlə çox yaxın münasibətlərinin olduğu bildirilir. 2016-cı ildə 2 nəfərin qətlində şübhəli bilinərək həbs olunan zaman Ermənistan parlamentinin onlarla deputatı Banduryan qardaşlarının zaminə buraxılması üçün məhkəməyə müraciət edib.
Ermənistan mətbuatı yazır ki, Banduryan qardaşları Xankəndinə hansısa sənədləşmə işəriylə bağlı gediblər.

Həmçinin oxuyun

Viktor Orban: “Mən Prezident İlham Əliyevdən beynəlxalq arenada daha da uğurlu olmağı öyrənməliyəm”

“Mən Prezident İlham Əliyevdən beynəlxalq arenada daha da uğurlu olmağı öyrənməliyəm”. Bu barədə Macarıstanın Baş …