Bazar ertəsi , May 27 2024
Ana səhifə / Siyasət / “Sülh sazişinin imzalanması ilə məhdudlaşmamalıyıq” – Mirzoyan

“Sülh sazişinin imzalanması ilə məhdudlaşmamalıyıq” – Mirzoyan

“Ermənistan sülhə, sazişin bağlanmasına can atır”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almatıda Qazaxıstanın xarici işlər naziri Murat Nurtleunun iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların başlanğıcında deyib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Biz sülh prosesində çox konstruktiv iştirak edirik və üstəlik hesab edirik ki, sülh sazişinin imzalanması ilə məhdudlaşmamalıyıq. Biz bölgədəki nəqliyyat kanallarını açmaq üçün irəli gedə bilərik. Təbii ki, bu, bütün kanalların ölkələrin suverenliyi altında olacağı, ərazisindən keçəcəkləri ölkələrin yurisdiksiyasında fəaliyyət göstərəcəkləri və dövlət sərhədini keçmək üçün bütün prosedurların razılaşdırılacağı anlayışı ilə ( inzibati, gömrük) qarşılıqlılıq prinsipinə uyğun olaraq razılaşdırılmalıdır”, – Mirzoyan bildirib.

Həmçinin oxuyun

Rəsmi Bakı Fransanı hədələdi

Fransa tərəfi əmin olmalıdır ki, Azərbaycana qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar …