Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / SÜLEYMAN MİKAYILOVU BİABIR EDƏN ŞÖBƏ MÜDİRİ İŞDƏN QOVULDU- AUDİOYAZI QALMAQALI BÖYÜYÜR

SÜLEYMAN MİKAYILOVU BİABIR EDƏN ŞÖBƏ MÜDİRİ İŞDƏN QOVULDU- AUDİOYAZI QALMAQALI BÖYÜYÜR

Süleyman Mikayılov səs yazısı yayılan Rasim Hüseynovu cəzalandırıb. Bu günlərdə mətbuatda Qaradağ Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rasim Hüseynovun səsinin qeydə alındığı şok audioyazı yayılıb. Bu səs yazısında Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlil İsmayılov Natiq İsmayıl oğlundan külli miqdarda rüşvət istəyən şəxsin Rasim Hüseynov olduğu iddia edilir. Qeyd olunur ki, Qarabağ qazisi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış ilə rəsmiləşdirilən fərdi yaşayış sahəsi üçün mülkiyyətində olan torpaq sahəsində tikinti aparmaq üçün Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət etmiş, əvvəl İH başçısının müavini Elnur Qurbanov onlardan 100.000 manat rüşvət istəsə də, sonradan icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Rasim Hüseynov 80.000 manatla razılaşıb. Həmçinin şöbə müdiri ölkə rəhbərliyinin sahibkarların iş şəraitinin yaxşılaşdırılması istiqpamətitndə gördüyü işlər barədə də artıq-əskik danışıb. Özəl mənbələrdən gundelik-baku.com-a verilən məlumatlarda bildirilir ki, məsələnin böyüməsi Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovu bərk narahat edib. Və o ötən gün şöbə müdiri Rasim Hüseynovu tutduğu vəzifəsindən xaric edib. Mənbəmiz bildirir ki, başçı şöbə müdirini işdən kənarlaşdırmaqla ilk növbədə özünü sığortalamış olub. Başqa bir məlumata görə isə görəvdən alınan Rasim Hüseynov icra başçısı Süleyman Mikayılovla bağlı mətbuata şok faktları ötürməyə hazırlaşır. Mövzu ilə bağlı hər iki tərəfi dinləməyə hazırıq.

Gundelik-baku.com

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın