Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Sui-qəsd gecəsi Putin hansı tamaşanı izləməyə gedirdi? –QƏRİBƏ TƏSADÜF

Sui-qəsd gecəsi Putin hansı tamaşanı izləməyə gedirdi? –QƏRİBƏ TƏSADÜF

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun sui-qəsd zəmnində həyatını itirməsindən əvvəl preizdent Vladimir Putin Moskvada səhnəyə qoyulan bir tamaşanı izləməyə gedirmiş.
Məlumata görə, bu tamaşanın yazarı 19-cu əsrin əvvəlində Rusiyanın İrandakı səfiri olan Aleksandr Qriboyev olub. Bildirilir ki, 1829-cu ildə diplomatik qarşıdurmalar zəmnində səfirliyə hücum edən iranlılar Rusiya səfirini öldürüb. Bəzi qaynaqlar bu qətlin arxasında ingilis agentlərinin olduğunu iddia ediblər.
Bu qəribə təsadüfü “Financial Times”-ın Moskvadakı müxbiri Maks Seddon ortaya çıxarıb.  M.Seddonun bu barədə attığı tvit yüzlərlə insan tərəfindən paylaşılıb. Bəzi istifadəçilər bu xəbərin altına “Ankaradakı sui-qəsd Putinə və ya İrana göndərilən mesajdır?”, şərhini yazıblar.(Musavat.com)

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın