Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Sübahir Qurbanovun səhhəti pisləşib – Məhkəməyə gətirilmədi

Sübahir Qurbanovun səhhəti pisləşib – Məhkəməyə gətirilmədi

Bu gün Sabunçu rayon məhkəməsinin inzibati binasında ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinyət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən proses təxirə salınıb.

Buna səbəb isə S.Qurbanovun məhkəməyə gətirilməməsi olub. Bildirilib ki, onun səhhətinə problem olduğu üçün prosesə gətirilməsi mümkün olmayıb.

Xatırladaq ki, general Qurbanovun belində yırtıq olması barədə ekspertiza rəy verib.

Məhkəmə prosesi aprelin 25-də davam etdiriləcək.

Qeyd edək ki, məhkəmə açıq keçirilsə də, jurnalistlər zala buraxılmır.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın