Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Siyasət / Stefan Şennak: “Həbsxanadakı məntəqədə xeyli seçici vardı…”

Stefan Şennak: “Həbsxanadakı məntəqədə xeyli seçici vardı…”

Avropa Şurası Parlament Assambleyasının(AŞPA) Azərbaycanda seçkiləri müşahidə missiyasının üzvü, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Ştefan Şennak jurnalistlərə səsvermənin gedişi haqda ilkin təəsüratlarını danışıb.

O deyib ki,  Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri barədə hesabatı 2020-ci ilin aprel ayında baş tutacaq plenar iclasda müzakirə edəcək. Şennakın sözlərinə görə, hesabat hazırlamaq üçün seçkidən sonra daha iki dəfə Azərbaycana səfər etməyi planlaşdırır.

“Səsvermə prosesi əvvəlki seçkilərdə olduğu kimi, öz axarı ilə davam edir. Hələ ki iki seçki məntəqəsində olmuşam. Onlardan birincisində – 20 saylı Nərimanov ikinci seçki dairəsinin 18 saylı seçki məntəqəsində heç bir seçici görmədik. Bizə bunun hava şəraiti ilə bağlı olduğu söylənildi. Amma 2 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yaradılan seçki məntəqəsində xeyli sayda seçici var idi. Ancaq ümumilikdə seçki prosesi, seçici fəallığı barədə danışmaq hələ tezdir. Sabah mətbuat konfransı olacaq, müşahidələrimizi sizinlə bölüşəcəyik”, – S.Şennak deyib.

Həmçinin oxuyun

“Putin əslində Rusiya üçün balansı nəzərdə tutur”

“Rusiyan Prezidenti Vladimir Pitin dünən Qarabağla bağlı açıqlama verib. Sayca bu, onun ikinci açıqlamasıdır. Ümumiyyətlə, …