Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Siyasət / Stefan C.Harper Etibar Məmmədova təbrik məktubu göndərib

Stefan C.Harper Etibar Məmmədova təbrik məktubu göndərib

Beynəxalq Demokrat İttifaqının sədri, Kanadanın 22-ci baş naziri cənab Stefen C. Harper AMİP-in 11ci Qurultayı münasibətilə Etibar Məmmədova təbrik göndərib.
Məktubda deyilir:
Hörmətli Etibar Məmmədov,
Beynəlxalq Demokrat İttifaqının sədri olaraq Azərbaycan Milli İstiqlal Partiyasının XI Qurultayı münasibətilə bütün qurultay iştikakçılarına və partiya üzvlərinə ən xoş arzularımı və salamlarımı çatdırıram.
BDİ dünyanın mühafizəkar, xristian-demokrat və sağ mərkəz partiyalarının aparıcı assosiasiyasıdır. Bizim təşkilat qlobal miqyasda azadlıq və demokratiyanın ortaq dəyərlərinə dəstək üçün mühafizəkarları birləşdirmək məqsədilə yaradılmışdır. AMİP – in də bizim aramızda olduğuna görə biz şərəf duyuruq.
İllər ərzində biz AMİP-in çox çətin siyasi mühitdə azadlıq və demokratiyanın müdafiə etdiyinin şahidi olmuşuq. AMİP-in siyasi partiya olaraq Azərbaycanda üzləşdiyi gündəlik çətinliklərdən bizim ətraflı məlumatımız vardır. Və şəxsən bütün BDİ ailəsi adından sizin BDİ sədr müavini kimi məsuliyyətləriniz və xidmətləriniz üçün sizə təşəkkür edirik. Bir daha Sizdən AMİP qurultayına mənim salamlarımı çatdırmağınızı xahiş edirəm. BDİ AMİP-i yeni seçilmiş heyəti ilə fəaliyyətində dəstəkləyəcəkdir. Sizə Azərbaycanın parlaq gələcəyi uğrunda önəmli fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq. 
Hörmətlə,Cənab Stefen C. HarperBeynəlxalq Demokrat İttifaqının sədri,Kanadanın 22ci Baş Naziri “

Həmçinin oxuyun

Prezidentin yerli televiziyalara müsahibəsi Türkiyə mediasında

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsi Türkiyənin aparıcı kütləvi informasiya …