Ana səhifə / Siyasət / Spiker: “Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşmaqdadır”

Spiker: “Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşmaqdadır”

Azərbaycanda siyasi sistemin komponentləri arasında dialoq mühitinin genişləndirilməsi, münasibətlərin sağlamlaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşmaqdadır”:

“Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması, dövlət və özəl qurumların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması, ictimai və sosial xidmətlər sahəsində institusional islahatların reallaşdırılması ilə yeni və ciddi keyfiyyət dəyişikliyinə nail olunması, həyata keçirilən kadr islahatları müasir mərhələdə Azərbaycanda praqmatik, düşünülmüş siyasi kursun reallaşdırılmasını təsdiq edir”.

Həmçinin oxuyun

“İlham Əliyevin üçüncü gücün müdaxiləsi barədə dedikləri İrana yaxşı bir mesajdır…”

Müharibənin müəyyən mərhələsində diplomatik meydanda aktiv fəaliyyətin olacağı gözlənilən idi və istər Avropa ölkələri və …