Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Siyasət / “Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb…” – Zeynəb Xanlarovanın oğlu

“Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb…” – Zeynəb Xanlarovanın oğlu

Ailəsi ilə bağlı mətbuatda yayılan xəbərlərə Z.Xanlarovanın oğlu Ramal Babayev münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, azvision.az-a açıqlamasında R.Babayev belə bir hadisənin baş vermədiyini, mətbuatda yazılan xəbərlərin şayiə olduğunu deyib.

“Bunlar hamısı yalan söz-söhbətlərdir. Heç kəs belə şayiələrə inanmasın. Ailəmizə şərt atırlar. Mətbuatda çıxan yazıları mən özüm də oxudum. Orada qeyd olunub ki, Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb, onların da bu hadisədən xəbərləri yoxdur. Doğurdan da belə bir hadisə olmayıb. Kimsə boş-boş şayiələr yayır.

Bilmirəm kimin həyat yoldaşından söhbət gedir, amma biz belə hadisə ilə rastlaşmamışıq. Ailəmizdə hər kəs öz işi ilə məşğul olur. Ona görə də narahat olmağa heç bir əsas yoxdur”.

Xatırladaq ki, yayılan məlumatlara görə, millət vəkili Zeynəb Xanlarovanın gəlini ilə Binəqədi rayon 5-ci polis bölməsinin rəisi arasında qarşıdırma olub. Belə ki, bu gün saat 23 radələrində “Monte Kristo” şadlıq evinin qarşısında hər iki şəxs avtomobil idarə edərkən şadlıq evinin önündə qarşı-qarşıya gəlib. Sürücülərdən heç biri digərinə yol vermək istəməyib.

Məlumata görə, 5-ci polis bölməsinin rəisi sükan arxasında içkili vəziyyətdə olub. O, xalq artistinin gəlininə qarşı kobud və nalayiq hərəkətlər edib. Münaqişə böyüdüyündən Zeynəb Xanlarovanın gəlinini polis bölməsinə aparıblar. Bundan xəbər tutan xalq artisi hadisəylə bağlı daxili işlər naziri Ramil Usubova zəng edib.

Həmçinin oxuyun

Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar – Ərdoğana müraciət edib

Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputat Nazim Fərəcovu Türkiyədə aldadaraq külli miqdarda …

Bir cavab yazın