Şənbə , Yanvar 16 2021
Ana səhifə / Siyasət / Şoyqu: “Ordumuzun təlimləri Azərbaycan-Ermənistan müharibəsi ilə bağlı deyil”

Şoyqu: “Ordumuzun təlimləri Azərbaycan-Ermənistan müharibəsi ilə bağlı deyil”

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu şənbə günü azərbaycanlı həmkarı Zakir Həsənovla telefon danışığı aparıb.

Bu barədə hərbi diplomatik mənbələrə istinadən RİA Novosti məlumat yayıb.

Məlumatda deyilir ki, bu gün səhər, Bakının təşəbbüsü ilə Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub. Söhbət zamanı iki ölkənin hərbi idarələrinin münasibətləri və əməkdaşlığı ilə bağlı müxtəlif məsələlər müzakirə edilib.

Zakir Həsənovla telefon danışığı zamanı Sergey Şoyqu Rusiya qoşunlarının döyüş hazırlığının qəfil yoxlanılması barədə məlumat verib.

“Rusiya Müdafiə naziri bu təlimin əvvəlcədən planlaşdırılmış tədbir olduğunu və Azərbaycan-Ermənistan sərhədindəki mövcud vəziyyətlə heç bir əlaqəsinin olmadığını vurğulayıb”,-deyə mənbə bildirib. Virtualaz.org

Həmçinin oxuyun

Afsəddin Nəbiyev: “Biz “xəstə təfəkkürlə” sağalmaz bəlaya düçar olmuş toplumla üz-üzəyik”

Azərbaycan hökuməti işğaldan azad olunmuş Suqovuşan kəndindəki “Suqovuşan-1”, “Suqovuşan-2”, Laçın rayonunun Güləbird kəndindəki “Güləbird” su …