Çərşənbə , May 12 2021
Ana səhifə / Siyasət / Sosialistlər də İlham Əliyevi təbrik ediblər

Sosialistlər də İlham Əliyevi təbrik ediblər

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə.

Sizi, Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində qələbə qazanmağınız və yeni müddətə Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münsaibəti ilə təbrik edir, işlərinizdə uğurlar arzulayıram.

Düşünürəm ki, yeni müddət ərzində Sizin yürütdüyünüz siyasət nəticəsində Azərbaycan dövləti, ərazi bütövlüyünün bərpa edilməsinə nail olacaq, həmçinin, Azərbaycanın sosial, iqtisadi, maliyyə, kənd təsərrüfatı, hərbi, müdafiə və digər sahələr üzrə inkişafı prosesinin həyata keçirilməsi işlərini uğurla davam etdirəcəksiniz.

Sizə, uğurlar arzulayıram.

Hörmətlə,
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov

Həmçinin oxuyun

Azərbaycanlı oliqarxın oğlunun Londondakı qonşuları

Keçmiş senator Fərhad Əhmədovun tərəfdarları keçmiş arvadına London məhkəməsinin qərarı ilə verəcəyi boşanma təzminatını ödəməməsi …