Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / Siyasət / “Sorğu”nu keçirənlərin əsil məqsədi də budur…” – Qüdrət Həsənquliyev

“Sorğu”nu keçirənlərin əsil məqsədi də budur…” – Qüdrət Həsənquliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına açıqlamasında ABŞ-nin “Oracle Advisory Group” təşkilatının seçkilərlə bağlı keçirdiyi son “rəy sorğusu”na münasibət bildirib. 

BAXCP sədri qənaətinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkinin legitimliyinin şübhə altına alınmasına xidmət edən hesabatından dərhal sonra ABŞ-ın “Oracle Advisory Group” təşkilatının “keçirdiyi sorğu” arasındakı bağlılıq maraq doğurur. 

Qüdrət Həsənquliyev deyib: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçkilərə potensial namizədlərin buraxılmadığı barədə hesabat yaymaqla seçkinin legitimliyini şübhə altına alır və ardınca qeyd etdiyiniz şirkət bu “sorğu”nu “yayır”. “Sorğu”ya gözucu nəzər yetirən şəxs dərhal ATƏT-in hesabatının son dərəcə ədalətli olduğu qənaətinə gəlməlidir. “Sorğu”nu ciddi qəbul edən şəxs ölkədə müxalif fikrə yer olmadığını düşünəcək. 

Qarabağı azad etdiyindən Prezidentin nüfuzu onsuz da cəmiyyətdə yüksəkdir, amma bu “sorğu” ilə ölkənin beynəlxalq imici darmadağın edilir. Bu “sorğu”nu keçirənlərin əsil məqsədi də budur. Müasir dünyada müxalifətin olmadığı ölkədə necə demokratiya, ədalət, hüquq, inkişaf ola bilər? 

Bu “sorğu”ya inanan adam həm də iqtidarın demokratiyanı inkişaf etdirmək siyasətinin iflasa uğramasını düşünəcək. Ümid edirəm xalqımız öz səsi ilə ölkəmizin belə eybəcər görüntüsünü yaratmaq istəyənlərə layiqli cavab verəcək”.

Həmçinin oxuyun

“Almaniya mətbuatında Azərbaycan diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir” – PREZİDENT

“Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm …