Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / SOCAR Türkiyədə 2 milyarda şirkət alır?

SOCAR Türkiyədə 2 milyarda şirkət alır?

SOCAR Türkiyənin ötən gün satışa çıxarılan “Petrol ofisi” neft-qaz şirkətini almaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Habertürk” saytı yazıb.

Saytın əldə etdiyi məlumata görə, SOCAR-dan əlavə “Koç Holdinq”in 50 faiz səhmlərinə sahib olduğu OPET şirkəti də “Petrol ofisi”ni almaq istəyənlər arasındadır.

“SOCAR Turkey Energy” şirkətinin rəhbəri Kənan Yavuz məsələyə müsbət bildirməkdən və mənfi cavab verməkdən imtina edib:

“Şirkətin satışa çıxarıldığı bu gün (ötən gün – red.) açıqlanıb. Bir neçə gün ərzində mövqeyimiz bəlli olacaq”.

Qeyd edək ki, “Petrol ofisi”nin sahibi Avsrtiyanın OMV şirkətidir. Şirkət 3 milyard dollar ödəyərək “Petrol ofisi”ni alıb. OMV-nin “Petrol ofisi”ni satışa çıxarmasına səbəb kimi isə yaşadığı maliyyə problemləri göstərilir.

“Petrol ofisi”nin bazar dəyəri 1 milyard 790 milyon manat həcmində qiymətləndirilir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın