Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / SOCAR Mübariz Mənsimovun yaxta limanını almaq üçün danışıqlar aparır

SOCAR Mübariz Mənsimovun yaxta limanını almaq üçün danışıqlar aparır

Neftin qiymətinin kəskin ucuzlaşmasına və gəlirlərin azalmasına baxmayaraq SOCAR Türkiyənin turizm sektoruna girmək üçün danışıqlar aparır.

Virtualaz.org saytı Türkiyə mənbələrinə istinadən xəbər verir ki, azərbaycanlı oliqarx Mübariz Mənsimovun Bodrum Yalıkavakdakı “Palmarina” yaxta limanı və eyni adlı istirahət kompleksi Azərbaycanın dövlət neft şirkətinin mülkiyyətinə keçə bilər.

“Finansgündem” qəzetinin yazdığına görə SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Türkey” “Palmarina”nı Mənsimovdan almaq üçün danışıqlar aparır. Danışıqların konstruktiv məcrada davam etdiyi bildrilir. Mənsimov hazırda dünyanın ən zəngin adamlarının dəbdəbəli yaxtalarının yan aldığı bu limanı 42 milyon dollar alıb və yenidən qurub. İndi oliqarxın limanı neçəyə satacağı maraqla gözlənilir. Digər tərəfdən Mənsimovun “Palmarina”da işlərinin yaxşı getməsinə baxmayaraq onun obyekti satmaq istəməsinin səbəbləri məlum deyil. Hərçənd ki, onun böyük məbləğlərdə borclarının olduğuna dair məlumatlar var.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın