Cümə , Noyabr 27 2020
Ana səhifə / Kriminal / “SOCAR indiyə qədər təxmin etdiyimizdən daha böyük borc yükü altındadır” – EKSPERT

“SOCAR indiyə qədər təxmin etdiyimizdən daha böyük borc yükü altındadır” – EKSPERT

“Böyük xarici öhdəlikləri olan dövlət şirkətlərinin heç biri Beynəlxalq Bankın üzləşdiyi vəziyyətdən sığortalanmayıb”.

Azinforum.az-ın məlumatına görə, bunu tanınmış iqtisadçı-ekspert Rövşən Ağayev deyib: “S&P agentliyinin SOCAR açıqlaması (qarşıdakı 90 gündə reytinqin endirilməsi ehtimalı) ilə eyni vaxtda Tarif Şurasının benzinin qiymətinin yüksəldilməsi ilə bağlı qərarında şirkətin maliyyə vəziyyətinin ağırlığını işarələyən ifadələr səsləndirməsi bir məsələni aşkar göstərdi: uzun müddətdir müstəqil iqtisadi təhlilçilər haqlı olaraq deyir ki, dövlət sektorunun problemi Beynəlxalq Bankla bitməyəcək. Böyük xarici öhdəlikləri olan dövlət şirkətlərinin heç biri Beynəlxalq Bankın üzləşdiyi vəziyyətdən sığortalanmayıb.
İndi aydın olur ki, SOCAR indiyə qədər təxmin etdiyimizdən daha böyük borc yükü altındadır və S&P-in gözləntisi odur ki, hökumət şirkətə indiyə qədər olduğundan daha böyük dəstək verməlidir. Əks halda SOCAR üçün “beynəlxalq bank sindromu” daha kəskin olacaq.
SOCAR-ın son maliyyə hesabatı xeyli dərəcədə mənzərəni açır. Hesabatdan aydın olur ki, 2017-ci il ərzində SOCAR 6.7 mlrd. USD borc qaytarmalıdır. Şirkətin uzunmüddətli (2017-ci ildən sonrakı borcları) isə 7 mlrd. USD ətrafındadır. Bunun 1.8 mlrd. USD (3.3 mlrd. AZN) manatla daxilidə götürülmüş borclardır, 5.2 mlrd. USD isə xarici valyutada olan borclardır. Bir sözlə, 2017-ci ildə qaytarılmalı olan borcları da nəzərə alsaq, SOCAR-ın xarici valyuatda borcları 11 mlrd. USD-dən çoxdu.
Dövlət sektoru bütün çılpaqlığı ilə öz səmərəsizliyini ortaya qoyur. İslahat aparılmadan, dövlətlətsizləşdirmə, korporativ idarəetmə prinsipləri, yüksək hesabatlılıq və şəffaflıq olmadan iqtisadiyyat dövlət sektorunun izafi yükündən xilas ola bilməyəcək. Səmərəli dövlət sektoru iqtisadi inkişafa dəstəkləyir, səmərəsiz olduqda isə iqtisadi inkişaf üçün buxova çevrilir. Azərbaycanda hazırkı vəziyyətdə dövlət sektoru sürətlə ölkəni böhrana sürükləyən, ölkənin valyuta ehtiyatlarını tükəndirən sektora çevrilib….
“.

Həmçinin oxuyun

Evi tərk edən COVID-19 xəstələri saxlanıldı

Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional …

Bir cavab yazın