Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / SOCAR-ın vitse-prezidenti: “Bu hadisənin təxribat olduğuna inanmıram”

SOCAR-ın vitse-prezidenti: “Bu hadisənin təxribat olduğuna inanmıram”

“Faciə baş verən ərazidə işlər aparılır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi üçün əllərindən gələni edirlər. Həm FHN, həm də bizim gəmilər tərəfindən itkin düşmüş insanların axtarışları da davam etdirilir”.
APA-nın məlumatına görə, bunu SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov deyib.
O, sosial şəbəkələrdə hadisənin təxribat nəticəsində baş verdiyi barədə məlumatların yayılmasına da münasibət bildirib: “İnanmıram ki, bu hadisə təxribat olsun. Hər halda dövlət komissiyası araşdırmalar aparır, nətəcələr barədə ictimaiyyətə məlumat verəcək”.
Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.
Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub.
Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb.
Sosial səhifələrdə paylaş

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın