Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / SOCAR-da dar və qısa geyinmək olmaz – Fotolar + Qaydalar

SOCAR-da dar və qısa geyinmək olmaz – Fotolar + Qaydalar

Olar: Qolları çiyindən azı 15 sm aşağı, uzunluğu isə azı dizdən olan donlar. Olmaz: Dar və qısa, parlaq rəngli donlar.

Azinforum.az azadliq.org-a istinadən xəbər verir ki, Bu Azərbaycanda Dövlət Neft Şirkəti işçiləri üçün avqustun 1-dən qüvvəyə minən “SOCAR-ın korporativ geyim forması standartı”ından nümunədir.
Geyim standartında kişilərə tünd rənglərdə (qara, boz, göy və s.) kostyum, solğun və tək tonlu köynək, rəngi geyimə uyğun olan neytral rəngli ayaqqabı, tək tonlu corab geyinə bilər. Kişilərin nişan üzüyü, sadə qol saatı taxmasına icazə verilir.
Qadınların da əsasən, tünd rəngli kostyum və ya klassik biçimli şalvar və pencək, ətəyə uyğun gələn solğun və tək tonlu köynəklərə geyinə bilərlər. rəngbərəng, naxışlı corabların geyinilməsinə, işə corabsız gəlməyə icazə verilmir.
SOCAR-ın Hüquq İdarəsinin rəis müavini Şahin İsmayılbəyov deyir ki, avqustun 1-dən bu qaydaların tətbiqi rəsmiləşdirilib, amma bundan öncə də əməkdaşlar bu geyimlərə əməl edirdi:
“Ona görə də tətbiqlə bağlı elə də bir problem yoxdur. Bəzi media qurumları standartlar qüvvəyə mindiyi vaxt yazırdılar ki, SOCAR vahid geyim formasına keçib. Amma bu belə deyil. Vahid geyim forması bəzi, dükanlarda, restoranlarda və ya digər yerlərdə olur. Hər kəs eyni geyinir. Biz sadəcə olaraq standartlar tətbiq etmişik və işçilər bilir ki, onlara nə geyinmək olar, nə yox? Ona uyğun öz zövqlərinə uyğun geyinirlər”.
Təxminən 7 bənddən ibarət olan geyim standartında işçilərin saç düzümündən tutmuş, geyindikləri corabadək bütün detallar nəzərə alınıb. Hətta qadınların makiyajı da. SOCAR-ın qadın işçilərinin makiyajı sadə, dırnaqları qısa olmalıdır. Kəskin qoxulu ətirlərdən, rəngli, böyük boyunbağı, sırğa və qolbağlarından istifadəyə icazə verilmir.
Belə geyinmək olar!
Belə geyinmək olmaz!

 

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın