Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / SOCAR dənizdəki bəzi işlərini dayandırdı

SOCAR dənizdəki bəzi işlərini dayandırdı

“Ölkə ərazisində şaxtalı hava şəraitinin soyuq və şaxtalı keçməsi ilə əlaqədar SOCAR bu gün dənizdəki bəzi işləri dayandırıb”.
SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, mövcud qanunvericiliyə və əməyin təhlükəsizliyi normativlərinə əsasən, havaların soyuq və şaxtalı keçməsi ilə əlaqədar olaraq dənizdəki platforma və estakadalarda qazma və tikinti işləri, xüsusilə təhlükəli işlər, o cümlədən qaynaq işləri dayandırılıb.
“Hazırda yalnız hasilata nəzarət işləri həyata keçirilir”, – deyə N. Quliyev bildirib.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın