Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / SOCAR: Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərində baş vermiş partlayış Azərbaycana ciddi zərər vurmayıb

SOCAR: Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərində baş vermiş partlayış Azərbaycana ciddi zərər vurmayıb

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərində baş vermiş partlayış Azərbaycan tərəfinə ciddi zərər vurmayıb.
Azinforum.az  “Azərtaca”-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumata görə, qaz kəmərinin partlayışın baş verdiyi hissəsinin operatoru və mühafizəsi işini Türkiyənin “Botaş” şirkəti həyata keçirir. SOCAR-ın “Botaş” ilə daimi əlaqədə olduğu, hazırda boru kəmərində təmir işlərinə başlanıldığı və partlayışın səbəblərinin araşdırıldığı qeyd edilib. Bildirilib ki, qrafikə uyğun olaraq cari təmir işləri ilə əlaqədar dünən axşamdan, yəni partlayış baş verməmişdən əvvəl Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin Türkiyəyə qədər olan hissəsinə təbii qazın verilişi dayandırılıb. Buna görə də partlayış nəticəsində Azərbaycan tərəfinə ciddi ziyan dəyməyib.
Xatırladaq ki, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin Türkiyənin Qars vilayətinin Sarıqamış rayonundan keçən hissəsində partlayış baş verib.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın