Ana səhifə / Siyasət / Siyavuş Novruzov: “Seymur Orucov ingilis dilində bilir…” – VİDEO

Siyavuş Novruzov: “Seymur Orucov ingilis dilində bilir…” – VİDEO

“Milli Məclis üzvləri arasında elələri var ki, yaranmış şəraitdən geninə-boluna istifadə edirlər. Amma ortaya mövqe qoymaq məsələsinə gəldikdə isə yayınırlar. Əgər haradasa Milli Məclisin adı çəkilib nəsə deyilirsə, bu, hamıya aiddir. Bir qrup insan hesab edir ki, deyilənlər onlara aid deyil, pay bölgüsü gələndə, hamıdan qabağa keçir. Hər kəs etimadı doğrultmağa çalışmalıdır. Amma bəziləri nəinki doğrultmur, hətta kölgə salırlar”.

Pravda.az-ın xəbərinə görə, bunu deputat Siyavuş Novruzov deyib.

Deputat qeyd edib ki, etimadı doğrultmayanların otağına “qara maskalı” daxil olur, onu aparır.

S.Novruzov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun ingilis dilində çıxışının müzakirələrə səbəb olmasına da münasibət bildirib: “Yazırlar ki, ingilis dilində bilmir. Bəyəm o, Ağstafada iclasları ingilis dilində aparacaq? Azərbaycanın dövlət dili Azərbaycan dilidir. İngilis dilini bilmək yaxşıdır… Əslində Seymur Orucov ingilis dilində bilir. Deyirlər, yaxşı bilmir. Bu səfir deyil ki?”

Həmçinin oxuyun

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub

Dekabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı …