Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Siyasət / Siyavuş Novruzov: “Bütün siyasi məhbuslar azad edilməlidir”

Siyavuş Novruzov: “Bütün siyasi məhbuslar azad edilməlidir”

Hakim Yeni Azərbaycan Partiyasından deputat Siyavuş Novruzov “Yeni Musavat” qəzetinin redaksiyasına zəng edərək, onun bir az öncə yayılan bəyanatının mətninə dəyişiklik olunmasını xahiş edib.

Siyavuş Novruzov əlavə edib ki, Qərb təşkilatları tərəfindən siyasi dustaqlar kimi təqdim edilən şəxslər də azad edilməlidilər ki, həmin strukturlar tərəfindən Azərbaycana təzyiqlərə son qoyulsun.

***

Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bütün siyasi məhbusları azad etməyə və bununla da beynəlxalq təşkilatların tənqidinə və narazılığına son qoymağa çağırıb. “Yeni Müsavat” qəzeti xəbər verir ki, bu barədə Siyavuş Novruzov gözlənilən əfv fərmanını şərh edərkən deyib.

“Burada maddələrlə deyil, prinsip etibarı ilə əhatə dairəsi geniş olmalıdır. Bu amnistiya aktı ilk növbədə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə şamil olunsun. İkincisi, yaşı 60-dan yuxarı olan qadınlara tətbiq oluna bilər. Həmçinin, himayəsində azyaşlı uşaqları olanlar da bu aktdan bəhrələnə bilər.

Yaşı 70-dən yuxarı olan bütün kişlərə tətbiq oluna bilər. Radikal cərəyanlara qoşulmayan dindar şəxslər də bu aktdan bəhrələnə bilərlər. Müxtəlif müxalifət, radikal qurumların və ayrı-arı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb, bilmədən cinayət törədən gənclər var ki, onlara da tətbiq oluna bilər. Hesab edirəm ki, buna da biz nəzər salmalıyıq”, – S.Novruzov qeyd edib.

Həmçinin oxuyun

“Azərbaycan bu gün artıq siyasi şahmat taxtasında piyada deyil, eləmi?” –“Əlbəttə!..”

“Cəbhədəki yeni uğurlar münasibəti ilə dövlətimizi, xalqımızı təbrik edirəm. İşğalçı ermənilərin burnunu axıra kimi ovmaq …