Bazar ertəsi , İyun 5 2023
Ana səhifə / Siyasət / Siyavuş Novruzov: “70 yaşlı kişini televiziyaya evlənməyə çağırırlar”

Siyavuş Novruzov: “70 yaşlı kişini televiziyaya evlənməyə çağırırlar”

Milli Məclis İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında qanun layihəsini müzakirə edir.

Komitə sədri Siyavuş Novruzov çıxışında namizədlərin bəziləri barədə müsbət fikirlər söylədi, onların yaxşı tanıdığını dedi. Daha sonra o, bəzi telekanallardan verilişlərlə bağlı tənqidlərini səsləndirdi: “Televiziyalarda verilişlərə xüsusi diqqət edilməlidir. Görürsən ki, 70 yaşlı kişini televiziyaya evlənməyə çağırırlar. Axı, bizim milli mentalitemiz var, bu kimi hallar bizlərə ziddir. Rusiyada belə verilişlər var, amma onların mentaliteti fərqlidir, biz belə olmalı deyilik. Televiziyalarda evlənməkmi olar? Bizim ağsaqqalarımız da bunlara münasibət bildirməlidir. Bunlara nəvə, nəticələr, uşaqlar baxır. Lap beş manat pul qazanırsız, Allah qəbul etsin. Amma xalqın zövqünü pozmayın”. Musavat.com

Həmçinin oxuyun

Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bununla bağlı …