Çərşənbə , May 25 2022
Ana səhifə / Siyasət / Siyasi şərhçi İlqar Məmmədova cavab verdi: “Adama deyərlər, sənə nə?”

Siyasi şərhçi İlqar Məmmədova cavab verdi: “Adama deyərlər, sənə nə?”

“Rusiyanın Ukraynaya hücumunun Zelenskinin səriştəsi və ya səriştəsizliyi ilə əlaqəsi yoxdur”.

Bunu siyasi şərhçi Şahin Cəfərli REAL Partiyasının sədri İlqar Məmmədova cavab olaraq bildirib.

Ş.Cəfərlinin sözlərinə görə, 2014-cü ildə Rusiya işğala başlayanda Zelenski ümumiyyətlə, siyasətdə yox idi və Rusiya şəhərlərində konsert verməklə məşğul idi: “Hələ mən Rusiya-Ukrayna konfliktinin tarixi köklərindən danışmıram. Bu postundan görünür ki, İlqar bəy problemin tarixi kontekstindən xəbərsizdir. İkincisi, mən bir məqamı anlaya bilmirəm ki, Türkiyəni və onun hökumətlərini tənqid etmək Azərbaycanda niyə tabu olmalıdır? Və Ukrayna prezidenti Türkiyənin siyasətini tənqid edibsə, İlqar Məmmədov bundan niyə narahatdır? Adama deyərlər, sənə nə? İlqar bəy sanki Azərbaycanın problemlərini həll edib qurtarıb, indi qalıb başqa ölkələrin ikitərəfli münasibətlərini tənzimləmək”

Həmçinin oxuyun

Ədalət Vəliyev Ağasif Şakiroğlu ilə görüşdü

Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev …