Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Siyasət / “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı dinləmə demokratik müzakirə ənənəsindən xəbər verir

“Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı dinləmə demokratik müzakirə ənənəsindən xəbər verir

Dünən Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirildi. Əsas məqsədi yeni qanun layihəsinin siyasi partiya sədrlərinin ilə birgə müzakirəsi olan bu dinləmənin təşkil edilməsi Milli Məclisin müzakirələrə açıq olduğunu nümayiş etdirdi. Çünki bu müzakirələr qanun layihəsi ilə bağlı siyasi partiyaların öz rəy və təkliflərini təqdim etməyə imkan yaratmaqla yanaşı həmçinin təmsil etdikləri partiya üzvlərinin iradəsini sərbəst ifadə etmək imkanı demək idi.

Son dinləmə eyni zamanda bu sahədə ictimai rəyin öyrənilməsinə imkan verməklə gələcəkdə bu tendensiyanın davam etdirilməsinə şərait yaradacaq. Qeyd etmək lazımdır ki, belə müzakirələrin keçirilməsi ali qanunverici orqanla siyasi partiyalar arasında əlaqələrin inkişafına xüsusi təkan verir. Müxtəlif sahələrdə dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai-siyasi rəyin nəzərə alınması plüralizmin varlılığının əsas göstəricisi kimi qiymətləndirilməlidir.

Dinləmədən də göründüyü kimi, siyasi partiya rəhbərləri və nümayəndələrinin çıxışlarında da bu cür görüşlərin keçirilməsi vacib hesab olunur. Bu baxımdan, qanun layihəsi hazırda reallaşan islahatlar kontekstində yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəd olacaqdır. Digər tərəfdən, qanun layihəsinin hazırlanması zamanı siyasi partiyalardan daxil olan təkliflər nəzərə alınmış, beynəlxalq təcrübəyə istinad edilmişdir ki, buda layihənin əhəmiyyətini göstərən əsas faktorlardan hesab olunur.

Vüqar Bayramov, millət vəkili

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Lukaşenko Ermənistanın regiona kənar qüvvələri cəlb etməklə bağlı oynadığı oyunu açıq mətnlə ifşa edib”

Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki monitorinq missiyasının işini genişləndirməyə və vaxtını uzatmağa  ümid edir. Bunu parlamentdə …