Cümə axşamı , May 23 2024
Ana səhifə / Siyasət / Siyasi partiyalar çətin durumda – Üzvlük məsələsində hansı problem yaranıb?

Siyasi partiyalar çətin durumda – Üzvlük məsələsində hansı problem yaranıb?

Azərbaycanda siyasi partiyalar üzvlərinin sayını artırmaqda çətinlik çəkir. Əsas problem vətəndaşların xüsusilə müxalifət adına iddia edən partiyalara üzv olmağa həvəs göstərməmələri ilə bağlıdır. 
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Qaynarinfo-ya deyib ki, vətəndaşlar müxalifət partiyalarına üzv olmağa ehtiyatla yanaşır:
“Bu kifayət qədər ciddi problemdir. “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə görə partiyaların qeydiyyatı üçün 5000 üzv lazımdır. Partiyalara iyul ayına qədər vaxt verilib. Lakin biz üzv toplamaqda çətinlik çəkirik. Çünki vətəndaşlar ehtiyat edir, qorxur və s.”
Onun sözlərinə görə, bu hal qeyri-müəyyənlik yaradıb: “Yəni, açığı hazırda nə edəcəyimizi bilmirik. Şübhəsiz üvzlərinin sayının artırılması istiqamətində fəaliyyətimiz davam edir. Partiya kimi də hələ ki, fəaliyyətdəyik. Amma verilən müddətə qədər üzvlərin sayını 5000-ə çatdırıb-çatdırmayacağımızı deyə bilmərəm. Problemin də nədən olduğunu qeyd etdim”.

Azərbaycan Xalq Partiyasının (AXP) qurucusu və sədri Pənah Hüseyn də Qaynarinfo-ya oxşar problemlə üzləşdiklərini bildirib:
“Ümumiyyətlə, bu problem hakim Yeni Azərbaycan Partiyası xaric demək olar ki, əksər partiyalar üçün mövcuddur. Vətəndaşlar YAP-dan fərqli partiyalara üzv olmağa ehtiyat edir. Bu, həm də ölkədəki ümumi siyasi vəziyyətlə, daha doğrusu demokratik mühitin olmaması ilə bağlıdır”.
O, həmçinin yeni qanun barədə danışıb. AXP sədri hesab edir ki, “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulunu təkpartiyalı sistemə doğru addım kimi xarakterizə etmək olar. Onun fikrincə, yeni qanun çoxpartiyalı sistemə çox ciddi zərbədir. Lakin bununla belə, Pənah Hüseyn qanunda dəyişiklik edilə biləcəyini də istisna etmir: 
“Qanunun qəbul olunması hələ həmin qanunun dəyişdirilməsi istiqamətində işi də istisna etmir. Xüsusən, Venesiya Komissiyasının qanunla bağlı neqativ rəyi oldu. Prinsipcə, hesab edirəm ki, siyasi partiyaların səyi ilə ilə qanunun bir sıra müddəalarını dəyişdirmək mümkündür və bu istiqamətdə fəaliyyət göstərilməlidir”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Görünən odur ki, İkinci Qarabağ müharibəsi ermənilərə güclü dərs olub”

Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamasından belə məlum olub ki, Ermənistanda fərarilik dayanmaq bilmir. Paşinyan …