Cümə axşamı , May 23 2019
Ana səhifə / Siyasət / Şirvanın icra başçısı xaricdədir- O həm də nazirin qardaşıdır

Şirvanın icra başçısı xaricdədir- O həm də nazirin qardaşıdır

Şirvan şəhərinin icra hakimiyyətinin başçısı Mərdan Camalov hazırda Azərbaycanda yoxdur.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Report”a İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, icra başçısı hazırda məzuniyyətdədir və ölkədən kənardadır: “Mərdan Camalova baş vermiş hadisə haqda məlumat verilib. Məzuniyyətdə və xaricdə olmasına baxmayaraq öz müavinləri və Şirvanın müvafiq qurumlarının rəhbərləri ilə əlaqə saxlayır, lazımı tapşırıqlar verir.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda partlayış baş verən əraziyə icra hakimiyyəti başçısının birinci müavini Samit Hacıyev gedib”.

Qafqazinfo“nun məlumatına görə, Şirvan icra başçısı Mərdan Camalov Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.

Həmçinin oxuyun

Gürcüstan XİN Azərbaycanla sərhəd məsələsi üzrə danışıqlar barədə

“Gürcüstan tərəfi Azərbaycanla sərhəd məsələsi ilə bağlı danışıqların strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun davam etdirməyə …

Bir cavab yazın