Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Siqareti tərgitmək üçün əla fürsətdir – Psixoloq

Siqareti tərgitmək üçün əla fürsətdir – Psixoloq

Siqareti tərgitmək üçün ilk olaraq psixoloji asılılığı aradan götürmək lazımdır.

 

Bunu Axar.az-a açıqlamasında Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov siqareti tərgitməyin yollarından danışarkən deyib. O, həzzə yönəlik insanların bu situasiyada çətinliklə qarşılaşacağını bildirib:

 

“İnsanlar iki tipə bölünürlər – həzzə yönəlik və acıdan qaçan insanlar. Həzzə yönəlik insanlar bütün situasiyalarda həzz almaq istəyir. Adətən bu tip insanlar heç bir səbəb olmadan siqaret çəkirlər. Fikir versək görərik ki, onlar filmə baxanda, kimləsə söhbət edəndə və s. kimi sıradan iş görəndə belə siqaret çəkirlər.

 

Acıdan qaçan insanlar isə siqareti konkret saatlarda, məhz acını unutmaq məqsədilə istifadə edirlər. Odur ki, acıdan qaçan insanın siqareti tərgitməsi asandır. Lakin həzzə yönəlik insanlar ən pis vəziyyətdə belə ondan imtina etməyəcəklər.

 

Siqareti tərgitmək üçün ilk olaraq psixoloji asılılığı aradan götürmək lazımdır. Bəzi insanlar dayanacağa çatana qədər və ya səhər əl-üz yumazdan əvvəl siqaret çəkməyə psixoloji olaraq adət ediblər. Həmin asılılıqları qırmağı bacarmaq lazımdır.

 

Düşünürəm ki, siqaretin qiymətində olan son bahalaşma onu tərgitmək üçün əla fürsətdir və siqaret asılılığı olanları bu fürsətdən istifadə etməyə çağırıram”.

Həmçinin oxuyun

İqtidarın siyasi dialoq təşəbbüslərinin praktiki nəticələri göz qabağındadır

Siyasətdə sağlam münasibətlərin dəstəklənməsi və dialoq mühitinin təşviqi məqsədilə Azərbaycan iqtidarı davamlı olaraq müxtəlif təşəbbüslərlə …

Bir cavab yazın